Fiziki məhdudiyyətləri olan şəxslər evdə peyvənd edilir – TƏBİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Fiziki məhdudiyyətləri olan şəxslər evdə peyvənd edilir – TƏBİB

11:56 - 17 / 02 / 2021
Fiziki məhdudiyyətləri olan şəxslər evdə peyvənd edilir – TƏBİB

Abşeron, Sumqayıt şəhərləri və ölkəmizin regionlarında əhalinin vaksinasiyası prosesi TƏBİB tərəfindən həyata keçirilir.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, "2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşlar üçün vaksinasiya həyata keçirilir.

Vaksinasiya prosesi çərçivəsində respublikamızın bölgələrində “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan xəstəxanaların həkim kollektivi tərəfindən fiziki məhdudiyyətləri olan şəxslərin evlərində peyvənd edilməsi işi həyata keçirilir.

S.Xankişiyeva

Paylaş:
315

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər