Peşə məktəblərində oxuyanların 88 faizi əyani təhsil ala biləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Peşə məktəblərində oxuyanların 88 faizi əyani təhsil ala biləcək

13:29 - 18 / 02 / 2021
Peşə məktəblərində oxuyanların 88 faizi əyani təhsil ala biləcək

Peşə təhsili müəssisələrində ümumilikdə istehsalat təlimi və təcrübəsi dərsləri əyani formada təşkil ediləcək ixtisaslarda təhsil alan tələbələrin sayı 18.860 nəfər olacaqdır ki, bu da cəmi tələbə sayının 88 %-nə bərabərdir.Peşə təhsili pilləsi üzrə əyani tədris qismən bərpa olunub.

1news.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, xüsusi karantin rejimi dövründə tətbiq edilən yumşalmaları nəzərə alaraq, peşə təhsili müəssisələrində 15 fevral tarixindən etibarən tədris prosesində praktiki məşğələlər üzrə dərslərin əyani formada təşkilinə başlanılıb. Təhsil Nazirliyi kollegiyasının qərarı və Təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən ixtisaslar üzrə istehsalat təlimi və istehsalat təcrübəsi üzrə dərslərin əyani formada təşkili, ümumtəhsil fənləri və ixtisas modulları üzrə nəzəri dərslərin isə distant formada təşkili həyata keçirilməkdədir. İKT və turizm sahəsi üzrə müəyyənləşdirilmiş 9 ixtisas üzrə praktiki məşğələlərin (istehsalat təlimi və təcrübəsi) distant (məsafədən) formada tədris edilməsi davam etdiriləcəkdir.

İstehsalat təliminin təşkili zamanı təhsil müəssisəsində tələbə sıxlığının qarşısını almaq məqsədilə dərs cədvəllərində müvafiq dəyişikliklər həyata keçirilib. Tədris planları və dərs cədvəllərinə əsasən ixtisasdan asılı olaraq istehsalat təlimi dərslərinin əyani formada təşkili həftədə 2 gündən artıq olmayacaq. İstehsalat təcrübəsi dərsləri isə işəgötürən təşkilatlarda xüsusi karantin rejimi üzrə qaydalar və tələblər gözlənilməklə əyani təşkil ediləcək. Peşə təhsili müəssisələrində təşkil edilən qısamüddətli kurslarda da tədrisin əyani formada təşkili bərpa edilir.

Tədris prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli, 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əsasən təşkil edilməkdədir.

Paylaş:
266

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər