Şamaxıda gizli fəaliyyət göstərən “PlayStation” salonu aşkarlandı
Şamaxı şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, gizli fəaliyyət göstərən “playstation”oyun zalı aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon sakini Valeh Qurbanovun “PlayStation” salonu işlətdiyi məlum olub.
İcarədar və orada olan müştərilər Polis Şöbəsinə gətirilib. Xüsusi karantin qaydalarını pozan 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq cərimələniblər
1110