Daha iki ali məktəb akkreditasiyadan keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha iki ali məktəb akkreditasiyadan keçirilib

13:00 - 19 / 02 / 2021
Daha iki ali məktəb akkreditasiyadan keçirilib

Təhsil naziri tərəfindən təsdiq edilmiş akkreditasiya qrafikinə uyğun olaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə Bakı Slavyan Universitetində və Bakı Xoreoqrafiya Akademiyasında akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.

Qurumdan APA-ya verilən xəbərə görə, akkreditasiya qiymətləndirilməsi Agentlik tərəfindən yaradılmış ekspertlərdən ibarət Komissiya tərəfindən aparılıb. Qiymətləndirilmə nəticəsində hazırlanan Yekun Hesabatlar əsasında hər iki ali təhsil müəssisəsinin növbəti 5 (beş) il müddətinə akkreditasiya olunmasına dair Təhsil Nazirliyi Akkreditasiya Şurası tərəfindən qərar qəbul edilib. Müvafiq qərara əsasən Agentlikdə hər iki ali təhsil müəssisəsinə akkreditasiya şəhadətnamələri təqdim edilib.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 dekabr 2020-ci il tarixli 493 nömrəli Qərarı ilə “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” yeni redaksiyada təsdiq olunub. Həmin Qaydalar tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin (o cümlədən digər ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin, filial və nümayəndəliklərinin) akkreditasiyası məsələlərini tənzimləyir.

S.Xankişiyeva

Paylaş:
276

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər