Cəmiyyət

Minaatan batareyalarının döyüş atışlı təlim məşqləri davam edir - FOTO

Qafar Ağayev17:49 - 19 / 02 / 2021
Minaatan batareyalarının döyüş atışlı təlim məşqləri davam edir - FOTO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri davam edir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, şəxsi heyət ərazidə açılma və atəş mövqelərinin tutulması, hədəflərin aşkar edilməsi, atəşin korrektə edilməsi, eləcə də atəş mövqelərinin çevik dəyişdirilməsi üzrə normativləri yerinə yetirir.

Hərbi qulluqçular həmçinin müxtəlif məsafələrdə yerləşən hədəflərin minaatanlardan vurulması üzrə tapşırıqları icra edir.

Təlim məşqləri davam edir.

Paylaş:
167

Son xəbərlər

Bütün xəbərlər

Next TV