Otellərdə monitorinq aparılıb, 213 hala görə cərimə tətbiq edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Otellərdə monitorinq aparılıb, 213 hala görə cərimə tətbiq edilib - FOTO

Qafar Ağayev17:03 - 23 / 02 / 2021
Otellərdə monitorinq aparılıb, 213 hala görə cərimə tətbiq edilib - FOTO

2020-ci ilin avqustun 24-dən 2021-ci ilin fevralın 21-dək müvafiq qurumlar tərəfindən bu dövr ərzində ölkədə fəaliyyət göstərən 374 hoteldə ümumi olaraq 11244 sayda monitorinq aparılıb və 213 cərimə tətbiq edilib.

1news.az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin (DTA) Aparat rəhbəri Kənan Qasımov bu gün keçirdiyi brifinqdə deyib.

DTA tərəfindən hotellərə ciddi xəbərdarlıq edildiyini xatırladan K.Qasımov deyib ki, Səhiyyə Nazirliyi ilə birgə həyata keçirilən monitorinqlərdə pandemiya dövründə fəaliyyət göstərən hotellərdə işçi heyətin və qonaqların təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi səviyyəsi yoxlanılıb.

K.Qasımov bildirib ki, Dövlət Turizm Agentliyi olaraq əsas vəzifəmiz insanların səyahətlərinin təhlükəsizliyini təmin etməkdir. O, hotellərin işçi heyətini, eləcə də qonaqları xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə sosial məsafənin gözlənilməsi, dezinfeksiyaedici məhlullar, bütün qapalı və açıq məkanlarda tibbi maskadan istifadə edilməsinin məcburi olduğu barəsində bir daha xəbərdarlıq edib və pandemiya ilə əlaqədar müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırıb.

Qeyd edək ki, hotellərdə monitorinqlərin keçirilməsinin əsas məqsədi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarından irəli gələn tapşırıqların icrasına nəzarət edilməsidir.

Pandemiya dövründə mehmanxanalara sözügedən tələbləri əməl etməkdə dəstək göstərmək məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən fərdi qoruyucu vasitələr (maska, eynək, kombinzon və s.), dezinfeksiyaedici məhlullar paylanılıb, “SAHMAN” proqramı çərçivəsində maarifləndirmə işləri davam etdirilib.

Mehmanxana qonaqlarına sosial məsafə və fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı xatırlatmalar etmək məqsədli divar və döşəməyə vurulmaq üçün 11 müxtəlif kateqoriyanı əks etdirən 4600 ədəd nişan və lövhə çap olunaraq sənaye nümayəndələrinə paylanılıb, hotelləri təlimatlandırmaq və maarifləndirmək məqsədilə təlimlər keçirilib, hotellərə pandemiyaya qarşı karantin tədbirlərinin icrasına məsul şəxslər təyin olunub.

Tədbirlər çərçivəsində Nazirlər Kabinetinin sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması haqda 16 yanvar 2021-ci il tarixli qərarından sonra “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Komplekslərində qonaq sayının çox olması nəzərə alınaraq xüsusi məhdudlaşdırıcı tədbirlər həyata keçirilib.

Paylaş:
484

Son xəbərlər

Azərbaycan istehsalı olan “Olivea” zeytun yağı Londonda keçirilən nüfuzlu müsabiqədə gümüş medala layiq görülübBu gün, 10:00Bu gün Yasamalda qaz olmayacaqBu gün, 09:55Azərbaycan və Serbiyanın hərbi ekspertləri arasında görüş keçirilibBu gün, 09:53AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:37FHN: Zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıbBu gün, 09:26Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:21İranda növbədənkənar prezident seçkiləri başlayıbBu gün, 09:07Bakıda hazırda sıxlıq müşahidə edilən yollar - SİYAHIBu gün, 09:06Lerikdə zəlzələ olub, digər rayonlarda da hiss olunubBu gün, 08:59Laçın şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 08:57Xankəndi şəhərinin iqtisadi imkanları ilə tanışlıq - FOTO27 / 06 / 2024, 19:21TƏBİB-in icraçı direktoru: Tibb müəssisələrində baş vermiş uyğunsuzluqlar ciddi narahatlıq doğurur27 / 06 / 2024, 17:48Baş Prokurorluq işəgötürənlərə müraciət etdi27 / 06 / 2024, 17:35Arif Quliyevin həyat yoldaşı vəfat etdi27 / 06 / 2024, 17:31Sevinc Fətəliyeva: Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi Azərbaycan üçün ən əsas məsələdir27 / 06 / 2024, 17:21Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edilib27 / 06 / 2024, 17:12Rusiya gəmiləri Bakıya dostluq səfəri ediblər - FOTO27 / 06 / 2024, 17:04“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb27 / 06 / 2024, 16:58İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib27 / 06 / 2024, 16:34Ceyranbatan su anbarında qadın meyiti aşkarlanıb27 / 06 / 2024, 16:20
Bütün xəbərlər