Brusellyoz xəstəliyinə qarşı monitorinqə başlanılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının və regional sınaq laboratoriyalarının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə brusellyoz xəstəliyinə qarşı seroloji monitorinqin keçirilməsinə başlanılıb.
Agentlikdən 1news.az-a verilən məlumata görə, təsərrüfatlarda saxlanılan südlük iribuynuzlu heyvanlar və törədici buğalar arasında monitorinqlər 46 rayonda (şəhərdə) ümumilikdə 427 fermer və ailə təsərrüfatlarını əhatə edəcək. Toplanılan diaqnostik nümunələrin müasir üsullarla müayinəsi aparılacaq.
Eyni zamanda seroloji monitorinqlərin nəticələrindən asılı olaraq zəruri baytarlıq tədbirləri həyata keçiriləcək.