“Omega” taksi sifarişi xidməti müsabiqə keçirir: Qalib siz ola bilərsiniz! – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Omega” taksi sifarişi xidməti müsabiqə keçirir: Qalib siz ola bilərsiniz! – VİDEO

S.Xankişiyeva09:30 - 24 / 02 / 2021
“Omega” taksi sifarişi xidməti müsabiqə keçirir: Qalib siz ola bilərsiniz! – VİDEO

Bakıda təxminən 30 şirkət tərəfindən taksi sifarişi xidmətləri göstərilir. Seçim kifayət qədər böyükdür. Lakin müştərilərin bu şirkətlərdən gözləntiləri yüksək səviyyədə xidmətdir. Büdcənizə və sağlamlığınıza zərər vermədən bir taksi xidmətini necə seçmək olar?

Cavab çox sadədir - Peşəkarlara müraciət edin.

“OMEGA” taksi sifarişi xidməti artıq 4 ildir ki, Bakı şəhərində fəaliyyət göstərir, şəhərin sakinlərinə və qonaqlarına xidmət edir. Bu müddət ərzində özünü etibarlı və məsuliyyətli bir şirkət kimi göstərməyi bacarıb. Qazandığı nailiyyətlərlə kifayətlənməyən “Omega” ölkəmizin daha iki böyük şəhərlərində - Gəncədə və Sumqayıtda da fəaliyyətə başlayaraq müştərilərin rəğbətini qazana bilib.

Sizləri hal-hazırda keçirilən aksiyada iştirak etməyə dəvət edirik. “Omega” taksi sifarişi xidməti Bakı şəhəri üzrə ayın sonuna qədər müsabiqə keçirir. Bütün iştirak edən müştərilərin qalib olma şansı var. Əsas uduş 10 000 manat və 100 nəfər iştirakçıya səfərlər üçün müxtəlif məbləğlərdə balans yükləniləcək. *0404-ə pulsuz zəng edib sifariş verməklə aksiyada iştirak şansı əldə edirsiniz. Daha çox sifariş – daha çox şansdır.

Mobil tətbiqetmənin köməyi ilə “Omega” müştəriləri şirkətin mövcud olduğu istənilən şəhərdə asanlıqla taksi sifariş edə bilərlər. Tətbiqin quraşdırılması kifayət qədər asandır. Bu çox vaxt aparmayacaq. Amma sonradan, bəzən çox tələsdiyiniz zaman, sizin köməyinizə çatacaq. “Googla Play”dən “Omega” taksi sifarişi xidməti əlavəsini yükləməklə müştərilər həm rahatlıqla taksi sifariş edə bilər, hətta sifariş etdikləri taksinin hal-hazırda şəhərin hansı istiqamətində olduğunu da izləyə bilirlər. “Omega” taksi sifarişi xidməti əlavəsini yükləmək üçün aşağıda qeyd olunan linklərdən istifadə etmək olar.

İOS: https://goo.gl/Q5ugTi

Android: https://goo.gl/5UqURf

Müştəri: "Uzun müddətdir bu taksi xidmətlərindən istifadə edirəm və indi də mobil tətbiqi yükləmişəm. Avtomobillər sifarişlə tez təyin olunur. Sifarişin məbləği, mövcud tariflər və təyin edilən avtomobil haqqında tam məlumat əldə edə bilirəm. Çox rahatdır! Sifarişlərə avtomobillərin təyin edilməsi 30 saniyədən başlayan bir müddəti əhatə edir. Bu sözdə yox, reallıqda belədir. Avtomobilin təyin edilməsi və müştərinin ünvanına çatdırılma sürəti şirkətin rebrendinqdən sonra əldə etdiyi əsas yeniliklərdən biridir. Avtomobil parkının yenilənməsi üçün aparılan işləri qeyd etmək istəyirəm".

İndi “Omega” avtomobillərinin 70% -nin istehsal ili 2010-cu ildən köhnə deyil. Bundan əlavə, operatorların heyəti ikiqat artırıldı - bu, telefonla taksi çağırmağı üstün tutan müştərilər tərəfindən dərhal hiss edildi. İndi cavab üçün gözləmə müddəti 3 saniyədən çox deyil.

Artıq “Omega” taksi sifarişi xidmətinin dünya standartları səviyyəsində olduğunu söyləmək olar.

Dialoq:

- Salam! Səfərinizdən zövq aldınızmı?

- Səfər çox xoşuma gəldi! Bu taksi xidmətindən ilk dəfə id ki, istifadə edirdim. Çox tez gəldik. Avtomobilin salonu baxımlı, təmiz idi. Sürücü də çox nəzakətli biri idi. Düşünürəm ki, həmişə bu taksidən istifadə edəcəyəm.

Rahatlıq və əlçatanlıq! Şirkət rəhbərliyinin riayət etdiyi prinsip budur.

“Omega” Taksi sabit tariflərlə işləyir və daimi müştərilərinə müxtəlif bonuslar, güzəştlər və hədiyyələr təqdim edir.

Bizim məqsədimiz - Müştəri üçün hər səfəri mümkün qədər rahat, sərfəli və əyləncəli etməkdir.

Reklam hüququnda

Paylaş:
319

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər