Düşmənin xeyli canlı qüvvə və texnikasını məhv edən qəhrəman - Şəhid Asəf Əsgərov - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Düşmənin xeyli canlı qüvvə və texnikasını məhv edən qəhrəman - Şəhid Asəf Əsgərov - VİDEO

13:54 - 12 / 03 / 2021
Düşmənin xeyli canlı qüvvə və texnikasını məhv edən qəhrəman - Şəhid Asəf Əsgərov - VİDEO

Düşmənin xeyli canlı qüvvə və texnikasını məhv edən qəhrəman - Şəhid Asəf Əsgərov

1news.az xezerxeber.az-a istinadən bildirir ki, hər zaman torpaqlarımızın işğaldan azad ediləcəyi döyüşlərdə iştirak etmək arzusunda olduğunu bildirib. Bu istəyinə nail olmaq üçün də hərbçi olmaq qərarına gəlib. Haqqında danışdığımız qəhrəmanımız Bərdədən olan şəhid Asəf Əsgərovdur. O, vətən müharibəsinin 3-cü günündə Talış istiqamətində şəhidlik zirvəsinə yüksəlib.

Ən böyük arzusu torpaqlarımızın işğaldan azad ediləcəyi döyüşlərdə iştirak etmək idi, arzusuna da çatdı.

Söhbət Bərdənin Mustafaağalı kəndindən olan 30 yaşlı şəhid Asəf Əsgərovdan gedir. Asəf orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Sonra isə hərbiyə olan sevgisi səbəbindən gizir rütbəsində orduda xidmətini davam etdirib. 11 ildən artıq Silahlı Qüvvələrdə xidmət edən Asəf Əsgərov hər zaman nümunəvi xidməti ilə fərqlənib. O, bir neçə dəfə orden və medallarla təltif edilib. 2016- cı ildəki aprel döyüşlərində də şücaəti ilə seçilib.

Asəf Vətən Müharibəsinin ilk günündən Talış və Suqovuşan istiqamətində döyüşlərə qatılıb. Düşmənin müdafiə xəttinin yarılmasında tank komandiri kimi xüsusi qəhrəmanlıq göstərib. O dəqiq atəşlə düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib. Asəf sonuncü dəfə sentyabrın 29-da ailəsi ilə əlaqə saxlayıb. Elə həmin gecə də Talış istiqamətində şəhidlik zirvəsinə yüksəlib.

Qızğın döyüşlərin getdiyi ərazidən onun nəşini götürmək çətin olduğundan ölümündən 13 gün sonra, oktyabrın 12- də doğulub boya-başa çatdığı kənddə dəfn edilib.

İki oğul atası olan Asəf Əsgərov ölümündən sonra "Qarabağ" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

1news.az

Paylaş:
429

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər