Gəncədə maskalı şəxs oyuncaq tapanca ilə çörək sexinə basqın edib – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə maskalı şəxs oyuncaq tapanca ilə çörək sexinə basqın edib – VİDEO

S.Xankişiyeva15:02 - 13 / 03 / 2021
Gəncədə maskalı şəxs oyuncaq tapanca ilə çörək sexinə basqın edib – VİDEO

Gəncə Şəhər Baş Polis İdarəsinin (GŞBPİ) Nizami rayon Polis İdarəsinin (RPİ) və “Təhlükəsiz şəhər” Xidmətinin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisələrini törədən şəxsin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə RPİ-nə mart ayının 1-də bir nəfər maskalı, naməlum şəxsin əlində çapacaqla şəhər ərazisindəki çörək bişirmə məntəqələrindən birinə basqın edərək, oradakı pul kassasından 95 manat pulu götürərək hadisə yerindən uzaqlaşması barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz İsmayılov saxlanılıb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticə M.İsmayılovun daha bir anoloji cinayət hadisəsini törətməsi aşkar edilib.

Belə ki o, mart ayının 8-də əlində eyni çapacaq və oyuncaq tapanca ilə şəhər ərazisindəki marketlərdən birinə yaxınlaşaraq satıcıdan pul tələb etmiş, lakin satıcının müqaviməti ilə qarşılaşdıqda hadisə yerindən qaçaraq uzaqlaşıb.

34 yaşlı Mübariz İsmayılov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı törətdiyi cinayət hadisəsini etiraf edən M. İsmayılov barəsində ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Paylaş:
372

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər