Oslodakı Həftəsonu Məktəbinin şagirdləri Nəriman Həsənzadə və Baba Vəziroğlu ilə görüşüblər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Oslodakı Həftəsonu Məktəbinin şagirdləri Nəriman Həsənzadə və Baba Vəziroğlu ilə görüşüblər – FOTO

17:26 - 15 / 03 / 2021
Oslodakı Həftəsonu Məktəbinin şagirdləri Nəriman Həsənzadə və Baba Vəziroğlu ilə görüşüblər – FOTO

Osloda Həftəsonu Məktəbində "Mənim dilim-Ana dilim" layihəsinin qonaqları xalq şairi, istiqlal və şərəf ordeni ilə təltif olunmuş, hər birimizin çox böyük sevgi ilə şeirlərini dinlədiyimiz Nəriman Həsənzadə və əməkdər incəsənət xadimi, şöhrət ordeni ilə təltif edilmiş, nəğməkar, sevilən şair və gözəl insan Baba Vəziroğlu olub.

Məktəbdən bildiriblər ki, görüş çox maraqlı keçib. Belə ki, tanınmış və sevilən şairlərimizin ifasında biri- birindən mənalı, vətənpərvər ruhlu, gözəl şeirlər səslənib və Ana dili haqqında fikir mübadiləsi aparılıb.

Şagirdlər, müəllimə, valideyn və qonaqlar 90 illik yubileyi münasibəti ilə Xalq şairi Nəriman Həsənzadəni təbrik edib və şairin Azərbaycan poeziya tarixində əvəzolunmaz rolu olduğunu bildiriblər. Yazdığı hər bir şeirdə zəngin bədii üslubla yanaşı, Ana dilini düzgün və səlist bir formada oxuculara təqdim edən N.Həsənzadə yaradıcılığı hər zaman sevilib və seviləcək.

N.Həsənzadənin şeirlərinin ölkəmizin hüdudlarından kənarda sevilməsinin əsas səbəbi şairin dilinin axıcılığı, sadəliyi və seçdiyi mövzuların oxucuların qəlbinə yaxın olmasıdır. Şairin şeirlərinin Norveçdə də sevilməsinin əsas səbəbi Nəriman müəllimin şəxsiyyətindəki səmimiliyin onun yaradıcılığına təzahürüdür.

N.Həsənzadə görüşdə çox sevilən «Nərdivan» şeirini və «Nuru Paşa» poemasından bir hissəsini və digər şeirlərini şagirdlər üçün səsləndirib və dünyanın hər bir yerində Ana dilinin öyrənilməsinin, uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini vurğulayıb.

Görüşdə iştirak edən nəğməkar şair Baba Vəziroğlu Osloda Ana dili məktəbinin fəaliyyətinin diqqətəlayiq olduğunu bildirib. Nəriman Həsənzadə ilə birlikdə görüşdə olduğundan məmnun qalan B.Vəziroğlu yaradıcılığında Nəriman müəllimdən bəhrələndiyini bildirib. B.Vəziroğlu yaradıcı insanların əsas həyat amalının yazıb yaratmaq və oxuculara dəyərli ədəbi əsərlər təqdim etmək olduğunu bildirib və görüşdə hər birimizn sevə-sevə dinlədiyimiz «Heç nə istəmirəm», « Ömrün fəsilləri», « Xatirədir» şeirlərini səsləndirib. B. Vəziroğlunun şeirlərindəki düzgün söz, ifadə və obraz seçimi şairin yaradıcılığını sərhədsiz edir və dünyanın hər yerində sevilir.

Məktəbimizin Ana dili müəlliməsi Arzu Rzayeva yaradıcılıqlarına vurğun olduğu Nəriman Həsənzadə və Baba Vəziroğlu ilə görüşün şagirdlərimiz üçün çox dəyərli olduğunu bildirib. A.Rzayeva qeyd edib ki, hər iki şairin yaradıcılığındakı Vətən, ana və dil sevgisi şagirdlərimizi ana dilimizlə yanaşı, ədəbi dilimizi də öyrənməyə həvəsləndirəcək.

Həftəsonu Məktəbinin şagirdləri dəyərli şairlərimizdən ilham alaraq şeirlər söyləyib və qonaqlarımıza suallar veriblər.

Yevlax rayonu Nizami Gəncəvi adına Malbinəsi tam orta məktəbindən görüşə qoşulmuş ibtidai sinif müəlliməsi İnarə Cəfərovanın və onun şagirdləri Aylan Süleymanlının və İnci Əliyevanın maraqlı çıxışları və söylədiyi şeirlər də tədbir iştirakçıları və Həftəsonu Məktəbinin şagirdləri tərəfindən maraqla qarşılanıb.

1news.az

Paylaş:
518

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər