Dünya avtomobil nəhəngindən daha bir yenilik: Toyota təkmilləşdirilmiş 7 oturacaqlı Highlander Hybrid-i tanıtdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünya avtomobil nəhəngindən daha bir yenilik: Toyota təkmilləşdirilmiş 7 oturacaqlı Highlander Hybrid-i tanıtdı

S.Xankişiyeva13:00 - 16 / 03 / 2021
Dünya avtomobil nəhəngindən daha bir yenilik: Toyota təkmilləşdirilmiş 7 oturacaqlı Highlander Hybrid-i tanıtdı

Toyota-nın ən geniş yolsuzluq avtomobili (SUV) Toyota Highlander Hybrid artıq satışdadır.

Toyota bu avtomobili yaratmaq üçün əfsanəvi QDR ilə hibrid texnologiyasındakı 23 illik təcrübəsi və SUV bazarındakı əhatəli biliyini bir araya gətirdi.

Toyota-nın TNGA-K platforma arxitekturası sayəsində Highlander həm geniş, həm də işlənmiş qazların emissiyası baxımından səmərəlidir. Highlander, geniş bir Toyota yolsuzluq avtomobilinin bütün xüsusiyyətlərini özündə birləşdirir: 7 oturacaqlı sahəsi, rahatlıq, cərəyana qoşulmayan bir avtomobil üçün seqmentində 6,6 L/100 km-dən başlayan mükəmməl yanacaq səmərəliliyi və 153 q/km-ə qədər azalan CO2 emissiyası təqdim edən olduqca səssiz 248 DIN hp tam ötürücülü hibrid güc aqreqatı ilə asan idarə edilmə və təhlükəsizlik.

Dördüncü nəsil hibrid güc aqreqatı Highlander-ə hamar və güclü akselerasiya bəxş edir, bu da 125 km/s-a qədər tamamilə elektrik enerjisi ilə işləmə qabiliyyəti və 2 tonluq dartma gücü ilə bir araya gələrək bu seqmentin ehtiyacları üçün mükəmməl bir həlli ortaya çıxarır.

Highlander Hybrid, premium şəhər yolsuzluq avtomobilinin parlaq, dinamik və inkişaf etmiş üslubunu, etibarlı tam ötürücülünün güc, qüvvət və davamlılığı ilə birləşdirir.

Avtomobilin salonu 7 nəfərlik ailə yolsuzluq avtomobilindən gözlənilən praktikliyi və genişliyi maksimum dərəcədə artırmaq üçün hazırlanmış və bütün sərnişinlər üçün rahat və lüks bir mühit yaratmışdır.

Dördüncü nəsil Highlander-in tam hibrid güc aqreqatı 2,5 litrlik Atkinson Dövrü ilə işləyən HDF (Hybrid Dynamic Force) benzin mühərrikini ön və arxa elektrik mühərrikləri ilə birləşdirir. Arxa elektrik mühərriki və ikinci sıra oturacaqların altında yerləşən güclü nikel-metal hidrid batareyası Toyota SUV-nu ağıllı AWD-i (Tam Ötürücülü - ağıllı) tam ötürücülü sistemlə təchiz edir.

Highlander TNGA-K platforma arxitekturası onu yüksək gücə malik yüngül bir gövdə ilə təchiz edir. Bu da, aşağı ağırlıq mərkəzi, inkişaf etmiş, güclü ön və arxa lingli Macpherson asqısı, yüksək dözümlü sükan sütunu ilə bir araya gələrək yeni yolsuzluq avtomobilinə rahat performans ilə birlikdə cəlbedici çeviklik bəxş edir.

Highlander Hybrid'in AWD (Tam Ötürücülü) sistemi, arxa təkərlərdə maksimum fırlatma momentini yaxşılaşdırmaq üçün yeni inkişaf etdirilmiş arxa elektrik mühərrikindən istifadə edir. Arxa elektrik motor sisteminin güc çıxışı, təkərləri 121 Nm miqdarında mümkün fırlatma momenti və arxa təkərləri 1300 Nm-ə qədər ötürmə qabiliyyəti ilə təmin edərək avtomobilin performansını hərəkətə keçən halda, akselerasiya zamanı və sürüşkən yol şəraitində rahatlıq və qənaətdən heç bir güzəştə getmədən artırır.

Highlander Hybrid-in həm gövdə, həm də alt hissəsi optimal aerodinamikanı əldə etmək üçün dizayn edilmişdir. Ön bamperin alt kənarı, ön bamperin yanları, arxa “C”-sütunu, qanad və dam spoyleri gələn hava axınını minimuma endirmək üçün hamarlaşdırılmışdır.

Yeni Highlander Hybrid, geniş miqyaslı nəqliyyat hallarında toqquşmaları minimuma endirmək üçün dizayn edilmiş ən sonuncu "Toyota Safety Sense" (Toyota Təhlükəsizlik Sistemi) aktiv təhlükəsizlik texnologiyaları ilə təchiz edilmişdir.

Highlander-in Toyota Safety Sense (Toyota Təhlükəsizlik Sistemi) paketinə Toqquşmanın Qarşısını Alan Sistem (PCS), Tam Adaptiv Kruiz Kontrol (ACC), Hərəkət Zolağını İzləmə Köməkçisi (LTA), Hərəkət Zolağını Dəyişmə ilə Bağlı Xəbərdarlıq Siqnalı (LDA) və Avtomatik Uzaq İşıq (AHB) daxildir.

Model Azərbaycanda artıq Toyota rəsmi diler mərkəzlərində satılır. Rəsmi diler mərkəzlərimiz ilə əlaqə saxlayın: https://www.toyota.az/dealers/

Sınaq yürüşünə yazılmaq üçün aşağıdakı linkə keçid edin və bu ecazkar avtomobilin bütün üstünlüklərini şəxsən hiss etmək şansını qaçırmayın.

https://www.toyota.az/test-drive/ng-highlander-hv.json

Reklam hüququnda

Paylaş:
398

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər