Mədə xərçənginə qarşı mübarizədə immunoterapiya - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədə xərçənginə qarşı mübarizədə immunoterapiya - FOTO

10:04 - 16 / 03 / 2021
Mədə xərçənginə qarşı mübarizədə immunoterapiya - FOTO

Hər il mədə xərçəngi diaqnozu dünyada təxminən bir milyon insana qoyulur, xəstələrin təxminən 780 mini vəfat edir. Mədə xərçəngi dünyada yayılma səviyyəsinə görə beşinci, xərçəng ölümündə isə ikinci yerdədir. İmmunoterapiya bu ağır xəstəlikdə sağ qalmaq ehtimalını yüksəldir.

Bədxassəli bir şişin təhlükəsi, uzun müddət özü haqqında heç bir şey elan etməməsidir. Pasiyentlər yalnız şiş böyüdükdə narahatlıq hiss etməyə başlayırlar. Ancaq o zaman da həkimə tələsmirlər, xoşagəlməz simptomları "həzmsizlik" hesab edirlər. Nəticədə- diaqnoz gec qoyulur.

İmmunoterapiya mədə xərçəngi müalicəsində bir kəşfdir. Aparılan testlər göstərdi ki, bu metodikadan istifadə edərkən şiş böyüməsi ləngiyir, ölçüsü azalır və xəstələr arasında sağ qalma faizi artır. Eyni zamanda ciddi yan təsirlər baş vermir, xəstənin həyat keyfiyyəti pisləşmir.

Acıbadem klinikasının həkimi, Professor Faysal Dane deyir: “Mədə xərçənginin müalicəsində qazanılan uğurlar sayəsində yalnız xəstənin həyat keyfiyyəti deyil, eləcə də müddəti də artır. Ancaq unutmamalıyıq ki, bütün xərçəng növlərində olduğu kimi, xəstəliyin də ilkin mərhələsində diaqnoz qoyulması vacibdir".

Mədə xərçənginin 6 ciddi əlaməti!

Xəstələnən pasiyentlərin yalnız üçdə birinə ilkin mərhələdə diaqnoz qoyulur. Kədərli statistikanın səbəbi xəstəliyin özünü heç bir şəkildə biruzə verməməsidir. Skrininq araşdırmasına gəldikdə isə,ondan nadir hallarda istifadə olunur.

Professor xəbərdarlıq edir: “Mədə xərçəngi hiyləgər və proqressiv bir xəstəlikdir. Şişin böyüməsi ilə aşağıdakı simptomlar ortaya çıxır: davamlı bulantı və qusma, davamlı keçməyən qarın ağrısı, mədənin qida ilə sürətli doldurulması, qusma içərisində qanın olması, udmaqda çətinlik çəkmək, arıqlamaq. Bu şikayətlərə laqeyd qalmaq olmaz; təcili tibbi yardım tələb olunur. "

İmmunoterapiya: inanılmaz nəticədir

Mədə xərçənginin müalicəsi üsulları daim təkmilləşdirilir. Bu həm hədəflənən dərmanlara, həm də kimyəvi terapiya ilə birlikdə istifadə olunan immunoterapiyaya aiddir.

İmmunoterapiya ilə müalicə (immunitet sistemini gücləndirmək) xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını almaq, böyüməsinə nəzarət etmək və onları öldürməkdən ibarətdir. Bədxassəli neoplazmalarla mübarizə aparmaq üçün digər üsullardan fərqli olaraq, metod xərçəng hüceyrələrinə birbaşa təsir göstərmir, lakin immunitet sistemini aktivləşdirərək orqanizmi onlarla mübarizə aparmağa məcbur edir.

Hazırda mədə xərçənginin müalicəsində immunoterapiyanın effektivliyi həm ayrı, həm də kimyəvi terapiya ilə birlikdə aktiv şəkildə araşdırılır. Faysal Dane vurğulayır: “İndiki vaxtda, araşdırmaların nəticələrinə görə, müəyyən bir xəstənin müalicəyə necə cavab verəcəyini birmənalı şəkildə söyləmək mümkün olmadığına baxmayaraq, müəyyən testlər immunoterapiyanın kim üçün əsl qurtuluş olacağını təxmin etməyə imkan verir.

Bu gün mədə xərçəngi diaqnozu qoyulan hər bir xəstə, elmi tədqiqatlarda heyrətamiz nəticələr göstərdiyindən immunoterapiya istifadəsi ehtimalı ilə qiymətləndirilir".

Qeyd edək ki, Acıbadem klinikasının Bakı nümayəndəliyinin xəstələrin məsləhət alması və müalicəsi üçün Türkiyəyə getməsində kömək edəcəyi ofisi Bakı şəhəri, Səməd Vurğun küçəsi 36 ünvanında yerləşir.

Tel.: +994 12 595 96 81.

Eləcədə, veb saytdan və ya rəsmi nümayəndəlikdən bir ərizə göndərərək Acıbadem-in aparıcı həkimlərindən müstəqil bir konsultasiya ala bilərsiniz: http://www.acibadem.com.az/

Reklam hüququnda

Paylaş:
2648

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər