Baş infeksionist Novruz bayramında əhalini diqqətli olmağa çağırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş infeksionist Novruz bayramında əhalini diqqətli olmağa çağırıb

S.Xankişiyeva16:49 - 17 / 03 / 2021
Baş infeksionist Novruz bayramında əhalini diqqətli olmağa çağırıb

Baş infeksionist Təyyar Eyvazov Novruz bayramında əhalini diqqətli olmağa çağırıb.

APA-nın məlumatına görə, “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında Təyyar Eyvazov deyib ki, insanlar əvvəl özünü necə qoruyurdusa, indi də eyni qayda ilə qorumalıdır: “Karantin sərtləşəndə təmaslar azalır. Elə bəri başdan təmasları azaldaq, boş yerə özümüzü riskə atmayaq. Bizdən çox şey asılıdır. Təmasların sayı azalan kimi xəstəliyə yoluxma sayları azalır”.

Paylaş:
243

Son xəbərlər

Bütün xəbərlər