Hikmət Hacıyev: Ermənistanın minalanmış ərazilərlə bağlı məsuliyyətsiz davranışları ciddi şəkildə pislənməlidir | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Ermənistanın minalanmış ərazilərlə bağlı məsuliyyətsiz davranışları ciddi şəkildə pislənməlidir

S.Xankişiyeva09:45 - 18 / 03 / 2021
Hikmət Hacıyev: Ermənistanın minalanmış ərazilərlə bağlı məsuliyyətsiz davranışları ciddi şəkildə pislənməlidir

Ermənistanın minalanmış ərazilərlə bağlı məsuliyyətsiz davranışları ciddi şəkildə pislənməlidir.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində bildirib.

H.Hacıyev vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin Ermənistan tərəfindən kütləvi minalanması fərq qoymadan insanları öldürür, iqtisadiyyata və ətraf mühitə ciddi ziyan vurur:

“Ermənistan hələ də minalanmış ərazilərin xəritəsini təqdim etməkdən imtina edir. Ermənistanın bu məsuliyyətsiz davranışları ciddi şəkildə pislənməlidir”.

Paylaş:
293

Son xəbərlər

Bütün xəbərlər