Şəhid Cəbrayıl Dövlətzadənin ailəsinə yeni mənzil verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid Cəbrayıl Dövlətzadənin ailəsinə yeni mənzil verildi

S.Xankişiyeva11:09 - 18 / 03 / 2021
Şəhid Cəbrayıl Dövlətzadənin ailəsinə yeni mənzil verildi

Vətən müharibəsində xüsusi rəşadət göstərərək şəhid olan hərbi qulluqçu Cəbrayıl Dövlətzadənin ailəsinə yeni mənzil verilib.

Trend-in məlumatına görə, yeni mənzil C.Dövlətzadənin ailəsinə təqdim edilib.

Qeyd edək ki, 19 yaşlı C.Dövlətzadə 2020-ci il sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub və İkinci Şəhidlər xiyabanında dəfn olunub.

Şəhid C.Dövlətzadə Vətən müharibəsində ermənilərin bir general və 2 polkovnikini təkbaşına məhv etdikdən sonra qəhrəmancasına şəhid olub. O, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Paylaş:
280

Son xəbərlər

Bütün xəbərlər