Düşmənə ağır zərbələr vurmuş şəhidimiz - Vidadi Xəlilov 5 medalla təltif edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Düşmənə ağır zərbələr vurmuş şəhidimiz - Vidadi Xəlilov 5 medalla təltif edilib - VİDEO

11:40 - 18 / 03 / 2021
Düşmənə ağır zərbələr vurmuş şəhidimiz - Vidadi Xəlilov 5 medalla təltif edilib - VİDEO

Vətən müharibəsində xüsusi şücaət nümayiş etdirən hərbçilərimizdən biri də Vidadi Xəlilov olub.

1news.az xezerxeber.az-a istinadən bildirir ki, Vidadi Xəlilov 1982-ci ildə Göyçay rayonunda anadan olub.

Orta məktəbi bitirdikdən sonra 1999-cu ildə uşaqlıqda arzusunda olduğu Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Vidadi 2003-cü ildə xidmətə Lənkəran rayonunda yerləşən N saylı hərbi hissələrin birində başlayıb. Daha sonra Beyləqan, Füzuli və Cəncədə xidmətini davam etdirib. Sentyabrın 27-də başlayan Vətən müharibəsində əsgərləri ilə bərabər ön xəttdə döyüşlərə qatılıb.

Vidadi Xəlilov torpaqlarımızın azad olunması uğurunda gedən döyüşlərə ilk olaraq Murov dağ isitiqamətində, daha sonra Füzuli, Zəngilan, Qubadlıda iştirak edərək qəhrəmanlıq göstərib. Yaralı hərbiçilərimizi döyüş meydanlarından çıxararq hospitallara göndərib. Sonuncu dəfə isə oktyabrın 29-da Laçın rayonunun Güləbird kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid olmazdan öncə ailəsi ilə danışan zaman Şuşanın işğaldan azad olunmağına az qaldığını bildiyi üçün orada qurban kəsəçəyini deyibmiş.

Qızı 11 yaşlı Zəhranı isə həkim kimi görmək olub şəhidimizin arzusu.

Vidadi Xəlilov Zəngilanın, Qubadlının, Laçının azad olunmasına görə, "İgidliyə görə" və "Vətən uğurunda" medalları ilə təltif edilib.

1news.az

Paylaş:
214

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdiBu gün, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİBBu gün, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər