Ermənistanın müharibə cinayətləri sərhəd tanımır - Fransanın “Lagazetteaz.fr” qəzeti | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistanın müharibə cinayətləri sərhəd tanımır - Fransanın “Lagazetteaz.fr” qəzeti

17:39 - 19 / 03 / 2021
Ermənistanın müharibə cinayətləri sərhəd tanımır - Fransanın “Lagazetteaz.fr” qəzeti

"lagazetteaz.fr" onlayn fransız qəzetində "Qarabağ: Minalanmış sahələrin xəritəsi niyə verilmir? - Ermənistanın müharibə cinayətləri sərhəd tanımır" başlıqlı məqalə dərc olunub.

1news.az Trend-ə istinadən bildirir ki, məqalədə bildirilir ki, Ermənistan silahlı qüvvələrinin ərazilərimizi minalaması səbəbindən 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə mina partlayışı ilə bağlı 15 hadisə baş verib. 30 mülki şəxs minaya düşüb. Onlardan 14 nəfər həlak olub, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb:

"Müharibədən cəmi 4 ay keçməsinə baxmayaraq, bu qədər mülki şəxsin minaya düşməsi Azərbaycan və bir çox dünya ölkələrini narahat edir. Lakin bütün bunlara rəğmən, Ermənistan minalanmış sahələrin xəritəsini Azərbaycana təqdim etmir. Dünya dövlətləri tərəfindən bununla bağlı çoxsağlı çağırışlar olsa da Ermənistana birbaşa təzyiqlər göstərilmir. Beynəlxalq təşkilatlar İkinci Qarabağ müharibəsindən öncə olduğu kimi, yenə susqunluq nümayiş etdirir. Nəticədə Ermənistan da öz müharibə cinayətlərini davam etdirir".

Həmçinin, qeyd edilir ki, Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə birinci növbədə sülhə mane olur. İkincisi isə bu, bütün beynəlxalq qanunlara, prinsiplərə ziddir və hərbi cinayət hesab olunur. Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi 10 noyabr razılaşmasına tam əməl edir, hətta bir sıra məsələlərdə humanistlik nümayiş etdirir. Məsələn, Ermənistan Kəlbəcərin boşaldılmasına əlavə 10 gün vaxt istədi və Azərbaycan tərəfi humanistlik göstərərək bu vaxtı verdi. Lakin eyni humanist addımları Ermənistan tərəfindən görmürük. Əksinə, Ermənistan tərəfi minalanməş ərazilərin xəritəsini gizlətməklə həm daha çox insanın həlak olmasına, həm də işğaldan azad edilmiş ərazilərin bərpasını ləngitməyə çalışır.

Məqalədə Azərbaycan Prezidentinin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında bu məsələ ilə bağlı fikirlərinə də yer verib. "Minalanmış sahələrin xəritələrini bizə verməmək dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək deməkdir. Hansı əməkdaşlıqdan söhbət gedə bilər? Belə olan təqdirdə birtərəfli əməkdaşlıq ola bilməz" - deyə, dövlət başçısının nitqindən sitat təqdim olunub.

Məqalədə, həmçinin Ermənistanın müharibə cinayətləri barədə hərbi ekspertlər və xarici medialarda dərc olunan məqalələrdən bəhs edilib. Həm ekspertlər, həm də media resursları "minalanmış ərazilərin xəritəsini Ermənistan Azərbaycana verməlidir, əks halda, bu, hərbi cinayət hesab olunur" deyə, qeyd edirlər.

O da vurğulanır ki, bütün bunlar Ermənistanın düz yola qayıtması üçün yetərli deyil. Ona görə də dünya birliyi - beynəlxalq təşkilatlar və nüfuzlu ölkələr Ermənistana konkret təzyiqlər göstərməli və ya sanksiyalar tətbiq etməlidir. Əks təqdirdə, Ermənistanın bu naqis niyyəti ucbatından onlarla günahsız mülki şəxsin həyatı hələ də təhdid altında qalacaq.

1news.az

Paylaş:
351

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdiBu gün, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİBBu gün, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər