Ramiz Hüseynzadə anası ilə eyni yaşda, eyni xəstəlikdən vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramiz Hüseynzadə anası ilə eyni yaşda, eyni xəstəlikdən vəfat edib

13:49 - 19 / 03 / 2021
Ramiz Hüseynzadə anası ilə eyni yaşda, eyni xəstəlikdən vəfat edib

Tanınmış aktyor Ramiz Hüseynzadə bu gün Nardaran qəbiristanlığında torpağa tapşırılacaq.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmkarı Məcid Hüseynov məlumat verib. O, dəfnin saat 16:00-da olacağını bildirib.

Aktyorun sözlərinə görə, hadisə sırağagün gecə baş verib. Belə ki, 42 yaşlı R. Hüseynzadənin beyninə qan sızıb, o, təcili olaraq xəstəxanaya aparılıb:

"Sumqayıtda xəstəxanaya yerləşdirilib. Dünən saat 18:55-də orada dünyasını dəyişib. İki-üç gün əvvəl onunla danışmışdım. Anası da təzyiq problemindən əziyyət çəkib. Onunla eyni yaşda, eyni xəstəlikdən vəfat etdi".

1news.az

Paylaş:
322

Son xəbərlər

Bütün xəbərlər