Yaz fəslində immun sistemin qayğısına qalın! | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaz fəslində immun sistemin qayğısına qalın!

S.Xankişiyeva10:00 - 30 / 03 / 2021
Yaz fəslində immun sistemin qayğısına qalın!

Fəsildən asılı olmayaraq orqanizmin müdafiə sistemi - immun sistem daim fəaliyyətdədir. Çünki hər an insan virus, bakteriya, göbələk, bir sözlə müxtəlif mikrobların hücumuna məruz qalır.

Yazın gəlişi insanlara ilk istiliyi gətirməklə yanaşı, həm də immun sistemin zəifləməsi ilə xarakterizə olunur. İmmun sistemin ümumi zəifləməsinə birbaşa və ya dolayı təsir edən amillər var. Qış fəslində orqanizm yay-payiz aylarında topladığı öz təbii resursları sayəsində fəaliyyət göstərir, bu vaxtlar sürətli yayılan KRVİ və qrip viruslarına qarşı immun sistem daha çox çalışmalı olur. Həmçinin, qışın sonunda orqanizmdə yaranan vitamin və mineral defisiti immun sisteminin tükənməsinə səbəb olur. Ətraf mühitin aşağı temperaturu, virus infeksiyaları, qidanın tərkibində vitamin və mineralların gündəlik tələbata uyğun olmaması, günəş süasının azlığı orqanizmin immun müdafiəsini azaldır. Yazda çoxları bunu, virus infeksiyalarına yoluxma, xroniki xəstəliklərin şiddətlənməsi, yuxululuq, depressiya, yorğunluq kimi hiss edirlər. Məhz fəsillərlər arası dövrdə tez-tez tənəffüs və bağırsaq sistemi xəstəliklərində artım olur. Epidemioloqlar qeyd edirlər ki, havanın temperaturunun gün ərzində mənfi müsbət dərəcələr arasında kəskin dəyişməsi zamanı, bir də qar əriyən dövrdə viruslar daha sürətli yayılır.

İmmun sistem patogen mikroorqanizmlərin orqanizmə daxil olmasına imkan verməyən görünməz qoruyucu bir mane olub, onlarla mübarizə aparır. Buna görə yaz fəslində aktivləşən müxtəlif virus və bakteriyalardan qorunmaq üçün immun sistemə köməklik etmək vacibdir.

Yazda fiziki aktivliyi bərpa etmək və immun sistemi möhkəmləndirmək üçün aşağıdakılara əməl etmək tövsiyə olunur:

- Gərginlikdən və stresdən uzaq olmaq. Həm böyüklər, həm də uşaqlar gündəlik rejimə diqqət etməlidirlər: eyni vaxtda yuxudan durmaq, normal qidalanmaq, kompüterdən minimum istifadə etmək, axşam yeməyini vaxtında yemək, nomal yuxu vacibdir.

-Fiziki aktivlik. Təmiz havada gəzmək, fitneslə, üzgüçülüklə məşğul olmaq, velosiped sürmək, aerobika, rəqs və s.

-Düzgün qidalanmaq . İmmun sisteminin inkişafında və fəaliyyətində əsas rol bağırsaq mikroflorasına aiddir. Çünki immun hüceyrələrin 70% -dən çoxu həzm sistemində cəmlənmişdir. Odur ki, bağırsaq mikroflorasını qorumaq vacibdir, bədənimizin bu “kiçik sakinləri” orqanizmin böyük müdafiəçiləridir. Orqanizmə daxil olan xəstəlik törədən mikrobları zərərsizləşdirirlər. Bu məqsədlə lif tərkibli qidalara ( o cümlədən inulin, fruktoliqosaxarid tərkibli qida əlavələri), qatıq, yoqurt kimi süd məhsullarına üstünlük vermək lazımdır. Meyvə- tərəvəzlərdən daha çox istifadə olunmalı, şirniyyatın miqdarı azaldılmalıdır, qazsız, adi su içmək tövsiyə olunur. Zülalların, yağların və karbohidratların balansına nəzarət etmək və gün ərzində 3- 4 dəfə qidalanmaq lazımdır.

-İmmun sistemi qüvvətləndirmək məqsədilə isə vitamin və mineralların qəbulu zəruridir. Yaz fəslində qida məhsulları ilə günlük tələbata uyğun vitaminlərin qəbul olunmaması vitamin və mineral qəbuluna ehtiyac yaradır. Xüsusən, C vitamini və sink yazda immun sistemi möhkəmləndirməyə, virus və bakteriyalarla mübarizə etməyə kömək edəcəkdir. Buna görə də yaz fəslində tərkbində C vitamini və sink olan vasitələrin qəbulu tövsiyyə olunur.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq
aptekonline.az.

Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr
🌐aptekonline.az
🌐onlineaptek.az
Çatdırılma Pulsuzdur!

Reklam hüququnda

Paylaş:
875

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər