Azərbaycan COVID-19-a qarşı peyvəndləməyə görə MDB-də liderdir - TƏHLİL | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan COVID-19-a qarşı peyvəndləməyə görə MDB-də liderdir - TƏHLİL

17:15 - 31 / 03 / 2021
Azərbaycan COVID-19-a qarşı peyvəndləməyə görə MDB-də liderdir - TƏHLİL

Məlum olduğu kimi, ötən ilin dekabrından başlayaraq dünyanın bir çox ölkəsi əhalini koronavirus infeksiyasına qarşı peyvəndlənməsinə başlayıb.

Ölkəmizdə COVID-19-a qarşı vaksinasiyaya yanvarın 18-də start verilib və tam sürətlə davam edir. Hazırda vaksinasiya prosesinin 3-cü mərhələsi həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən son məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 547 541 nəfər peyvəndlənmə prosesində iştirak edib.

MDB ölkələrində koronavirusa qarşı peyvəndləmənin səviyyəsi barədə məlumatlara əsasən regionda peyvəndləməyə ilk başlayan ölkələrdən biri olan Azərbaycan həm peyvənd olunma həcminə, həm də ondan istifadə sürətinə görə əksər ölkələri qabaqlayır. Belə ki, milli peyvəndləmə strategiyasına uyğun olaraq, sifariş edilmiş 4 milyon doza “CoronaVac” peyvəndi vasitəsi ilə risk qruplarına aid şəxslərin peyvəndlənməsi aparılır.

Lakin koronavirus dünyaya yeni mutasiyalar təqdim edir və bir sıra ölkələrdə yeni yoluxma dalğasının yaranmasına səbəb olur ki, bu da ölüm dərəcələrinin artması ilə müşayiət olunur və nəticədə sərt karantin tədbirlərinin tətbiqinə zəmin yaradır. Bu vəziyyətdə aşılama əhəmiyyətli rol oynaya bilər. Vaksinasiyanın sürəti artırılarsa ölüm və xəstəxanaya yerləşdirmə səviyyələrini azaltmaq mümkün olacaq.

Statistika göstərir ki, Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. Belə ki, açıq mənbələrdən alınan məlumatlarda martın 26-na olan duruma görə, Azərbaycanda 518 867 nəfərin ilk doza ilə peyvənd olunduğu bildirilir. Bu da əhalinin 5,2 faizini təşkil edir. Rusiyada isə vaksinasiya olunanların sayı 6,3 milyon nəfərdir ki, bu da əhalinin 4,3 faizini təşkil edir. Bu göstərici Belarusda 2 faiz təşkil edirsə, Moldova, Qazaxıstan və Ukraynada heç 1 faiz səviyyəsinə çatmır. Qonşu Gürcüstan COVAX təşəbbüsü vasitəsilə 72 400 doza peyvənd əldə etmək imkanına malikdir, lakin cəmi 5 min nəfər peyvənd olunub. Ermənistanda isə vaksinasiya hələ başlamayıb.

Hər 100 nəfərə düşən peyvənd olunanların sayına görə də Azərbaycan liderlər sırasındadır, yalnız Rusiyadan geridədir. Rəqəmlər bir daha Azərbaycanın əhalinin peyvəndlənmə prosesinə kifayət qədər ciddi yanaşdığını sübut edir.

Qeyd edək ki, Azərbaycanın COVİD-19-a qarşı mübarizədə, o cümlədən peyvənd olunan əhalinin faizinə görə MDB məkanında liderlik etməsi bir sıra amillərlə bağlıdır. Kiçik təhlil aparsaq bunu daha aydın şəkildə görə bilərik.

Məlumdur ki, Azərbaycan elə ilk günlərdən virusun yayılmasının qarşısının alınması ilə bağlı çox effektiv tədbirlər həyata keçirdi. Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi məhz koronavirusla effektiv mübarizəyə xidmət edir. Ölkəmizə Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr vaxtında gətirilərək tibb müəssisələrinə təhvil verildi. Yeni laboratoriyalar formaslaşdırıldı. Ölkədə mövcud olan müasir laboratoriyaların sayını artırmaqla, son bir neçə ay ərzində koronavirusa görə testlərin sayı əhəmiyyətli dərəcədə artırılıdı.

Qısa zamanda səhiyyə sisteminin effektiv fəaliyyətini təmin edən addımlar atıldı, modul tipli xəstəxanalar quruldu. Bu tədbirlər virusun daha böyük miqyasda yayılmasının qarşısını almağa, yoluxanların müalicəsi üçün imkanların genişləndiriılməsinə şərait yaratdı.

Azərbaycanda COVID-19 ilə mübarizədə əldə olunmuş nailiyyətlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilib, ölkəmiz bu mübarizədə nümunəvi ölkələr siyahısına daxil edilib.

Artıq qeyd etdiyimiz kimi, Azərbaycan həm də qısa müddətdə koronavirusa qarşı vaksin alan və əhali arasında kütləvi peyvnədləməyə start verən ölkələrdəndir. Azərbaycan dövlətinin pandemiyanın ilk günlərindən beynəlxalq təşkilatlarla qurduğu təmasların, işlərin düzgün təşkilinin nəticəsidir ki, ilkin mərhələdə ölkəyə 4 milyon doza vaksinin gətirilməsi təmin edildi. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycan bu prosesə başladı. Bu, dövlətin öz vətəndaşlarının sağlamlığına və təhlükəsizliyinə verdiyi önəmin təzahürü idi.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı qısa müddət ərzində Azərbaycanın koronavirus əleyhinə vaksini ölkəyə gətirməsini nəzərəçarpacaq uğur kimi qiymətləndirib:

“Dünyanın bir çox ölkəsində vaksinasiya prosesinə başlanılsa da, daha çox ölkə hələ ki, prosesdən kənarda qalıb. Qısa müddət ərzində Azərbaycanın koronavirus əleyhinə vaksini ölkəyə gətirməsi nəzərəçarpacaq uğurdur. Ümid edirəm ki, vətəndaşlar vaksinin yeganə çıxış yolu olduğunu dərk edər və prosesə sürətli şəkildə qoşularlar”.

Azərbaycanın pandemiya ilə mübarizədə bir sıra ölkələrə yardım etməsi və qlobal təşəbbüslərlə çıxış etməsi də xüsusi qeyd olunmalıdır. Məlumdur ki, dünyada onlarla ölkə vaksin ala bilməyib və bu məsələ ətrafında müzakirələr gedir. İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı zamanı çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə öz mövqeyini bildirdi. Azərbaycanın yanvarın 18-dən peyvəndləmə prosesinə başladığını, regionda peyvəndləməyə start vermiş ilk ölkələrdən biri olduğunu bildirən ölkə Prezidenti vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pislədi. Dövlət başçısı Azərbaycanın bu məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyi planlaşdırdığını da diqqətə çatdırdı.

Xatırladaq ki, ölkə Prezidenti bir müddət əvvəl - BMT-nin Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında da peyvəndlərin ədalətli bölgüsünün vacibliyini diqqətə çatdırmışdı. Pandemiyanın dünya dövlətlərinə təsirinin ölkələr arasında həmrəylik tələb etdiyini deyən Prezident İlham Əliyevin irəli sürdüyü təkliflər arasında vaksinin əlçatanlığı və ədalətli paylanmasının təmin edilməsi də yer alırdı. “Ən az inkişaf etmiş ölkələr onu pulsuz əldə etməlidir”, - deyən dövlət başçısı bu sahədə əlavə nəzarət mexanizmlərinin yaradılmasının vacibliyini önə çəkmişdi. Bütün bu deyilənlər onu göstərir ki, dünyanı ağuşuna alan bu gizli düşmənlə mübarizədə Azərbaycanın ilk günlərdən atdığı addımlar və uğurlu nəticələrin əldə olunması ölkə əhalisinin sağlamlığının və təhlükəsizliyinin qorunmasına hesablanıb.

1news.az

Paylaş:
507

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər