Android-də vacib sistem yenilənməsi kimi maskalanan zərərli proqram təminatı aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Android-də vacib sistem yenilənməsi kimi maskalanan zərərli proqram təminatı aşkar edilib

09:45 - 31 / 03 / 2021
Android-də vacib sistem yenilənməsi kimi maskalanan zərərli proqram təminatı aşkar edilib

Mobil cihazların təhlükəsizliklərinin təmin olunması sahəsində fəaliyyət göstərən Zimperium adlı şirkətin mütəxəssisləri Android üçün nəzərdə tutulmuş yeni növ zərərli proqram təminatını aşkar ediblər.

Aşkar edilmiş zərərli proqram təminatı vacib sistem yenilənməsi kimi maskalanır. Bu barədə Techcrunch saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən bu zərərli proqram təminatı System Update adlı tətbiqin daxilinə inteqrasiya edilib. Sözügedən tətbiq isə rəsmi tətbiqlər mağazasından quraşdırılmır.

Lakin tətbiq cihaza quraşdırılandan sonra o, Firebase serveri ilə əlaqə yaradır. Qeyd etmək lazımdır ki, bu server cihazın uzaqdan idarəsi üçün nəzərdə tutulub. Tətbiq serverlə əlaqə yaradandan sonra o, gizli şəkildə smartfondakı məlumatları hackerlərin serverlərinə ötürməyə başlayır. Bu zərərli tətbiq mesajları, cihazdakı kontaktları, cihaz barəsindəki məlumatları, brauzer qovluqlarını, brauzerdəki axtarış tarixçəsini oğurlaya, cihazın mikrofonu vasitəsilə səsləri və telefon danışıqlarını yaza və o cümlədən cihazın kamerası vasitəsilə fotolar çəkə bilər.

Bundan əlavə olaraq sözügedən zərərli tətbiq cihazın yerləşdiyi yeri təyin edə, sənəd fayllarını axtara və istifadəçi tərəfindən kopyalanmış məlumatları oğurlaya bilər. Mütəxəssislər bildiriblər ki, bu tətbiq istifadə olunan şəbəkə məlumatlarının həcmlərini kiçildərək və hackerlərin serverlərinə fotoların kiçik ölçüdə olan versiyalarını göndərərək istifadəçi cihazında rahatlıqla gizlənə bilir. Bu səbəbdən də istifadəçilərə kənar resurslarda təklif olunan tətbiqləri yükləməmək məsləhət görülür.

1news.az

Paylaş:
497

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər