“Yaşıl Marafon” layihəsi çərçivəsində əhaliyə ağac tingləri paylanılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yaşıl Marafon” layihəsi çərçivəsində əhaliyə ağac tingləri paylanılıb – FOTO

S.Xankişiyeva16:11 - 02 / 04 / 2021
“Yaşıl Marafon” layihəsi çərçivəsində əhaliyə ağac tingləri paylanılıb – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində əhaliyə ağac tinglərinin paylanması kampaniyasına start verilib.

Birlikdən 1news.az-a averilən məlumata görə, aprelin 2-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BRAVO supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Koroğlu” m/s yaxınlığında yerləşən BRAVO hipermarketini ziyarət edən alıcılara ağac tingləri hədiyyə edilib. Əhalini ağacəkmə hərəkatında fəal iştiraka cəlb etmək, təbiətə qayğı göstərilməsini təşviq etmək, əkin prosesinə qoşulmalarını dəstəkləmək məqsədilə kampaniyanın 3 gün müddətində davam etdirilməsi planlaşdırılıb. Alıcıların böyük marağına səbəb olan kampaniyanın növbəti günlər ərzində Əhmədli qəsəbəsi və "20 yanvar" m/s yaxınlığında yerləşən Bravo Hipermarketlərində də keçirilməsi və ziyarətçilərə müxtəlif növ meyvə və həmişəyaşıl ağac tinglərinin paylanması nəzərdə tutulub.

Sözügedən tədbir zamanı tinglərin paylanması ilə yanaşı, vətəndaşlara ağacların düzgün əkilməsi, suvarılması və qulluq göstərilməsi qaydaları da izah olunub.

Tədbirin yekununda gənc könüllülərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

Qeyd edək ki, “Yaşıl Marafon” layihəsinin əsas məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. Layihə əkin mövsümü müddətində 1 milyona yaxın ağac əkilməsini, yaşıllıq sahələrinin artırılmasını hədəfləyir.

Layihə tərəfdaşları hər kəsi yaz əkin mövsümünü ətraf mühit naminə dəyərləndirməyə, planetimizin mühafizəsində xüsusi fəallıq göstərməyə, yaşıllaşdırma səylərinə fəal qoşulmağa çağırır.

Gəlin, yaşıllaşdıqca gözəlləşən təbiətimizə sahib çıxaq!

Paylaş:
250

Son xəbərlər

“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25
Bütün xəbərlər