Gədəbəydə toy mərasimin keçirilməsinin qarşısı alınıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gədəbəydə toy mərasimin keçirilməsinin qarşısı alınıb - FOTO

S.Xankişiyeva18:00 - 03 / 04 / 2021
Gədəbəydə toy mərasimin keçirilməsinin qarşısı alınıb - FOTO

Gədəbəy rayon Polis Şöbəsinə (RPŞ) rayonun Hacıələkbərli kəndində toy mərasiminin keçirilməi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 1news.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 5 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Paylaş:
329

Son xəbərlər

Bütün xəbərlər