Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə sədr təyin olunan Zaur Mikayılıov kimdir? - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə sədr təyin olunan Zaur Mikayılıov kimdir? - DOSYE

13:57 - 05 / 04 / 2021
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə sədr təyin olunan Zaur Mikayılıov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.


1news.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Zaur Rauf oğlu Mikayılov “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçən bir-sıra şirkətlərin qanuni təmsilçsi olub.
Zaur Mikayılov daha əvvəl ölkənin aparıcı supermarketlərindən biri də BRAVO supermarketlərinin sahibi olan “Azərbaycan Supermarket” MMC-nin də direktoru olub.
Zaur Mikayılov eyni zamanda “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda yerləşən “Agro Supply” MMC-nin də direktoru olub.
Bundan başqa Zaur Mikayılov 2015-2016-cı illərdə “Pasha Construction” Bundan başqa Zaur Mikayılov 2015-2016-cı illərdə “Pasha Construction”, 2009-2015-ci illərdə “Port Baku Towers”, 2001-2009-cu illərdə isə “Baksell” Ltd MMC-də çalışıb.
Onu da bildirək ki, Zaur Mikayılov 1992-1998-ci illərdə Türkiyənin Boğaziçi Universitetində təhsil alıb.

Paylaş:
428

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər