Çox keçməz qələbə xəbərini eşidəcəksiniz - Sübhanın bu müjdəsi çox çəkmədi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Çox keçməz qələbə xəbərini eşidəcəksiniz - Sübhanın bu müjdəsi çox çəkmədi - VİDEO

11:50 - 05 / 04 / 2021
Çox keçməz qələbə xəbərini eşidəcəksiniz - Sübhanın bu müjdəsi çox çəkmədi - VİDEO

Vətən müharibəsi qəhrəmanlarını tanıtmaqda davam edirik. Sıradakı qəhrəmanımız da vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılır. Söhbət Sübhan Cəfərovdan gedir. O, Tərtərin Talış istiqamətində gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib. Ötən il oktybarın 10-da elə Talış kəndi istiqamətində gedən döyüşlərdə də şəhadətə ucalıb. Sübhan Cəfərov ölümündən sonra ''Vətən uğrunda'' medalı ilə təltif edilib.

"Döyüşlər uzun çəkməyəcək, çox keçməz qələbə xəbərini eşidəcəksiniz".

1news.az xezerxeber.az-a istinadən bildirir ki, yaxınları ilə danışanda hər dəfə bu cümlələri işlədirmiş..Elə hər şey onun dediyi kimi də oldu. Müharibə cəmi 44 gün davam etdi və şanlı ordumuz düşməni sarsıdıcı məğlubiyyətə uğratdı...Özü isə bu qələbədə pay sahibi oldu..Söhbət Vətən müharibəsində şəhadətə ucalmış Sübhan Cəfərovdan gedir.

Sübhan Cəfərov 1999-cu ildə Ağsu şəhərində anadan olub. 2017-ci ildə həqiqi hərbi xidmətə gedib və xidmətini başa vurduqdan sonra ailəsinin yanına qayıdıb. Ötən il sentyabrın 27-də vətən müharibəsi başlayanda minlərlə gənc kimi o da könüllü olaraq döyüşlərə qatılıb.

O,Tərtərin Talış kəndi istiqamətindəki döyüşlərdə sücaət göstərib. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəmanlarımızdan biri olub. Oktyabrın 10-da Talış kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Qohumları, dostları Sübhanın cəsur, qorxmaz olduğunu bildirirlər. Onların sözlərinə görə Sübhan işğalda olan torpaqlarımızın azad olunması arzusuyla yaşayıb.

Şəhid Sübhan Cəfərov Ağsu şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra o, "Vətən uğrunda" medalı ilə təltif olunub.

1news.az

Paylaş:
276

Son xəbərlər

“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25
Bütün xəbərlər