Daşkəsən rayonunda səyyar tibbi müayinə aksiyası keçirilir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Daşkəsən rayonunda səyyar tibbi müayinə aksiyası keçirilir – FOTO

S.Xankişiyeva14:45 - 07 / 04 / 2021
Daşkəsən rayonunda səyyar tibbi müayinə aksiyası keçirilir – FOTO

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonun Quşçu kəndində səyyar müayinə aksiyasına start verilib.

Ümumdünya Sağlamlıq Gününə həsr edilən və “Öncə sağlamlıq!” devizi altında təşkil olunan aksiyada Quşçu kəndi ilə yanaşı, Çovdar, Çaykənd və Şadax kəndlərinin sakinləri ödənişsiz olaraq terapevt, kardioloq, pediatr, USM, EKQ, qanın ümumi analizi və şəkərin təyini müayinələrindən yararlanıblar.

Müayinə prosesi çərçivəsində xəstəliklərin vaxtında və düzgün təyinatlandırılması və karonavirusla mübarizə məqsədilə sakinlərin maarifləndirilməsi də həyata keçirilib. Tibbi müayinə aksiyasında peşəkar həkim heyəti tərəfindən aparılan müayinələrin səyyar hospital və mobil reanimasiya avtomobilləri vasitəsilə 3 gün müddətində icra edilməsi, təqribən 400 nəfərədək əhalinin müayinə edilməsi nəzərdə tutulub. Sosial aksiya Cəmiyyətin fəaliyyət göstərdiyi bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsi, yerli əhali arasında profilaktik müayinə mədəniyyəti və sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.

Xatırladaq ki, 7 aprel 1950-ci ildən etibarən bütün dünyada Sağlamlıq Günü kimi qeyd edilir. 1948-ci il aprelin 7-də BMT-nin xüsusi agentliyi kimi yaradılan Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətə başlaması ilə əlaqədar qeyd edilən bu gündə sağlamlığın əhəmiyyətini insanlara çatdırmaq üçün müxtəlif tədbirlər keçirilir.

Paylaş:
303

Son xəbərlər

Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21
Bütün xəbərlər