Sabahdan Azərbaycanda jurnalistlərin vaksinasiyasına başlanılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahdan Azərbaycanda jurnalistlərin vaksinasiyasına başlanılır

S.Xankişiyeva14:15 - 08 / 04 / 2021
Sabahdan Azərbaycanda jurnalistlərin vaksinasiyasına başlanılır

Sabahdan Azərbaycanda jurnalistlərin COVID-19 əleyhinə vaksinasiyasına başlanılır.

Bu barədə APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Ə. Amaşov qeyd edib ki, jurnalistlərin vaksinasiya üçün redaksiyalardan Mətbuat Şurasına müraciət olunub və siyahı verilib: "Verilən siyahılara əsasən, jurnalistlər mərhələli şəkildə peyvənd olunacaq. Sabah 50-dən çox jurnalistin peyvənd olunması nəzərdə tutulur".

Paylaş:
345

Son xəbərlər

Bütün xəbərlər