“Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanması ilə bağlı sorğu keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanması ilə bağlı sorğu keçirilir

17:21 - 08 / 04 / 2021
“Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanması ilə bağlı sorğu keçirilir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi vətəndaşları “Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanmasına dair sorğuda iştirak etməyə dəvət edir.

1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət nazirini qəbul edərkən səsləndirdiyi “Mədəni irsimizin qorunması, saxlanılması, Azərbaycan mədəniyyətinin dünyaya təbliği, gənc nəslin Azərbaycan mədəniyyətindən, mədəni irsindən xəbərdar olması və milli ruhda tərbiyəsi işində Mədəniyyət Nazirliyinin rolunun yenidən formalaşdırılması” ilə bağlı strateji göstərişin icrası məqsədilə nazirliyin bu istiqamətdə fəaliyyəti üçün əsas platforma rolunu oynayacaq “Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanması prosesinə başlanılıb. Bu prosesin ilkin mərhələsi olaraq ictimai rəyin öyrənilməsi məqsədilə sorğu keçirilir.

Sorğunun keçirilməsinin məqsədi gənclərə milli-mənəvi dəyərlərin aşılanması, milli ruhda tərbiyə edilməsi və milli mənsubiyyətimizin qorunmasına töhfə verəcək “Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanmasında vətəndaşların rəyinin öyrənilməsidir. Milli-mənəvi dəyərlərə sahib cəmiyyətin, ələxsus gənc nəslin inkişafı Azərbaycanın daxili siyasətinin mühüm istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli-mənəvi dəyərlərin və mədəniyyətimizin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, “Xalqımızın iradəsi, milli köklərə bağlılığı imkan vermədi ki, xalqımız assimilyasiyaya uğrasın. Bizim mədəniyyətimiz milli mənsubiyyətimizi qorumaq üçün başlıca rol oynamışdır”.

Tariximizin müxtəlif dövrlərində milli-mənəvi dəyərlərimiz meyar olaraq xalqımızın milli düşüncəsinə, onun bir vətəndaş kimi formalaşmasına təsirini göstərib, bu gün də yetişən nəsil məhz bu prosesin içərisində özünü, Azərbaycançılıq məfkurəsini dərk edərək mövqeyini müəyyənləşdirib. Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının I qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun prioritet istiqamətini belə ifadə edib: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Bizim milli kimliyimizin əsas daşıyıcısı isə üçrəngli bayrağımızdır. Bayrağımızın daşıdığı ideallarına, xalqımızın milli-mənəvi dəyərlərinə sadiq nəslin yetişməsi bizim başlıca amalımıza çevrilib. Belə ki, Dövlət atributlarını bərpa edən ulu öndər Heydər Əliyev demişdir: "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin...".

44 günlük “Vətən müharibəsi” zamanı Ali Baş Komandanın rəhbərliyi altında bayrağımızın ifadə etdiyi dəyərləri yaşatmaq və yüksəltmək üçün canını və sağlamlığını düşünmədən fəda edən Azərbaycan əsgəri bayrağımızın müqəddəsliyini yeni bir mərhələyə qaldırıb. Bununla da tarixin yeni səhifəsinə qədəm qoyan Azərbaycan xalqının qarşısında gündəlik həyatında da bayrağımızın ideallarının ətrafında daim səfərbər olmaq və dəyərlərini yaşatmaq kimi şərəfli vəzifə durur.

“Davranış Mədəniyyəti Konsepsiyası”nın da məqsədi bu fikir və dəyər səfərbərliyini asanlaşdıracaq ümumi platformanın yaradılmasıdır.

Qeyd edək ki, keçirilən sorğu vasitəsilə vətəndaşların milli və bəşəri dəyərlər haqqındakı fikirləri öyrəniləcək, bu dəyərlərin cəmiyyətdə mənimsənilməsi, qiymətləndirilməsi və insanların gündəlik həyatlarına olan təsiri ilə bağlı məlumatlar əldə ediləcək. Hazırlanan sorğudan əldə olunan məlumatlar milli-mənəvi dəyərlərə yanaşmanın müəyyənləşdirilməsi və vahid bir konsepsiyanın hazırlanmasında vacib mərhələdir.

Sorğuda könüllü olaraq 18 yaşından yuxarı hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər. Sorğu kompaniyası 1 (bir) ay müddətində aparılacaqdır.

Sorğuya keçid üçün https://forms.gle/v2CvcoYjUB2Kw9U9A linkindən istifadə edə bilərsiniz.

Paylaş:
441

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər