Əflatun Amaşov: “Planlaşdırırıq ki, gün ərzində 50-100 nəfər peyvənd olunsun” | 1news.az | Xəbərlər
Cəmiyyət

Əflatun Amaşov: “Planlaşdırırıq ki, gün ərzində 50-100 nəfər peyvənd olunsun”

12:54 - 09 / 04 / 2021
Əflatun Amaşov: “Planlaşdırırıq ki, gün ərzində 50-100 nəfər peyvənd olunsun”

“Bu gündən jurnalistlərin koronavirusa qarşı peyvənd olunmasına başlanılır".

1news.az-ın APA-ya istinadən məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin vaksinasiya prosesi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, jurnalistlərin vaksinasiyası TƏBİB-ə həvalə olunub: "Planlaşdırırıq ki, gün ərzində 50-100 nəfər peyvənd olunsun. Vurulacaq vaksin "Coronovac" peyvəndidir. İndiyədək bizə redaksiyalardan təqdim olunan siyahıda peyvənd olunmaq istəyən jurnalistlərin sayı 200-ə yaxındır".

Ə.Amaşov qeyd edib ki, jurnalistlər koronavirusla bağlı müxtəlif beynəlxalq tədbirlərdə iştirak ediblər.

Paylaş:
273

Son xəbərlər

Bütün xəbərlər