“Qazilərimizə psixoloji yardımlar artırılmalıdır” - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qazilərimizə psixoloji yardımlar artırılmalıdır” - “Çıxışa doğru”da MÜZAKİRƏ

21:11 - 14 / 04 / 2021
“Qazilərimizə psixoloji yardımlar artırılmalıdır” - “Çıxışa doğru”da MÜZAKİRƏ

44 günlük Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.

Bunun üçün qardaş Türkiyə Respublikasından bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt ölkəmizə gəlib. Onlar yerli həkimlərlə birlikdə zərərçəkən insanlara psixoloji yardım göstərməkdə davam edirlər.

Psixoloqlar tərəfindən Vətən müharibəsi zamanı cəbhəyanı zonada, habelə erməni terrorunun hədəfi olmuş şəhər və rayonlarda əhaliyə yerində psixoloji yardımın göstəriliməsi işi də həyata keçirilir. Belə ki, onlar şəhid ailəsi üzvlərinə, yaralılara, mərmi, raket zərbəsinə hədəf olmuş evlərin sakinlərinə, müvəqqəti təxliyyə olunmuş çoxsaylı vətəndaşlara baş çəkərək onlara psixoloji və mənəvi dəstək olurlar.

1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Qazilərimizə psixoloji yardımlar artırılmalıdır” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – "Yaşat" fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Boccia idman federasiyasının baş katibi, Qarabağ qazisi İlham Məhərrəmov, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov və hərbi ekspert Elxan Şıxəliyev mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
436

Son xəbərlər

Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06
Bütün xəbərlər