Sumqayıtda top mərmisi aşkar edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda top mərmisi aşkar edilib - FOTO

10:43 - 14 / 04 / 2021
Sumqayıtda top mərmisi aşkar edilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Tuk zavod ərazisində partlayış təhlükəli əşyanın aşkar olunması barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xüsusi texnika və avadanlıqlarla təchiz edilmiş pirotexnik qrupu cəlb olunub.

Hadisə yerinə baxış zamanı döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli 1 ədəd 122 millimetrlik top mərmisi aşkar edilib.

1news.az

Paylaş:
329

Son xəbərlər

Bütün xəbərlər