Bakıda şəhidlərin əziz xatirəsinə həsr olunmuş sərgi təşkil edilib – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda şəhidlərin əziz xatirəsinə həsr olunmuş sərgi təşkil edilib – VİDEO

17:20 - 15 / 04 / 2021
Bakıda şəhidlərin əziz xatirəsinə həsr olunmuş sərgi təşkil edilib – VİDEO

Muzey Mərkəzində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Azərbaycanın qəhrəman oğullarının əziz xatirəsinə həsr olunmuş sərginin açılışı olub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi və Milli Məclisin deputatı Könül Nurullayevanın təşəbbüsü ilə baş tutan sərginin təşkilində əsas məqsəd vətən uğrunda şəhid olmuş Azərbaycan oğullarının əziz xatirələrini yaşatmaq, onların xatirəsini yad etmək, şəhid ailələri, övladları və valideynləri qarşısında mənəvi vətəndaşlıq borcunu yerinə yetirməkdir.

Rəsm sərgisində Bakı şəhəri Nizami rayonundan şəhid olmuş 31 qəhrəmanımızla yanaşı, Birinci Qarabağ Müharibəsi, Aprel döyüşləri, Tovuz istiqamətində döyüşlər və Vətən müharibəsi zamanı canından keçmiş 20-dən çox şəhidin, o cümlədən, Milli Qəhrəmanlar General-Mayor Polad Həşimov və Polkovnik-Leytenant Murad Mirzəyevin xatirələrinə ithaf olunmuş rəsm əsərləri də yer alıb. Sərgidə, ümumilikdə, 59 rəsm əsəri nümayiş etdirilir.

Sərginin açılış mərasimində şəhid ailələri, o cümlədən millət vəkili Könül Nurullayeva, xalq rəssamı Ağaəli İbrahimov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, həmçinin ASAN Radionun direktoru Emin Musəvi iştirak edib.

Karantin qaydalarına riayət olunmaqla təşkil edilmiş mərasimdə çıxış edən iştirakçılar ilk növbədə bu cür vətənpərvər övladlar yetişdirdiklərinə görə onların valideynlərinə minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda, sərgini uğurlu təşəbbüs kimi qiymətləndirərək, bu tədbirin mənəvi əhəmiyyətini vurğulayıblar.

Millət vəkili K. Nurullayeva sərginin aprel ayında təşkilinin təsadüfi olmadığını qeyd edib. “Uğurlu Aprel döyüşləri Azərbaycan xalqının iradəsi, əzmi, fədakarlığı, vətənpərvərliyinin ən bariz nümunəsi olmuş, Aprel şəhidləri isə 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Qələbəmizin zəfər bünövrəsinin qoymuşlar. Məhz bu baxımdan sərginin məhz aprel ayında baş tutması təsadüfi deyil. İstər Aprel Zəfəri, istərsə də Böyük Vətən Müharibəsi müasir tariximizin ən şanlı səfihəsidir. Sərgi xalqımızı şanlı zəfərə aparan keşməkeşli və qürurlu qələbə yolunda Nizami rayonundan olan şəhidlərin simasında vətən uğrunda canını fəda edən bütün vətən oğullarımızın əziz xatirəsinə ithaf olunur. Bu sərgi ilə tanış olan hər bir kəs vətənimizin bütövlüyü və azadlığı uğrunda canından keçən bütün qəhrəmanlarımızın əziz xatirəsini yad etmiş olacaq”, - deyə K.Nurullayeva bildirib.

Təşkilati dəstəyə görə Mədəniyyət Nazirliyinə və Muzey Mərkəzinə təşəkkürünü bildirən K. Nurullayeva hər kəsi bu sərgidə iştirak edərək şəhidlərimizin əziz xatirəsini anmağa dəvət edib.

Qeyd edək ki, Muzey Mərkəzində təşkil olunan sərgi şənbə və bazar günləri istisna olmaqla, 14-20 aprel tarixlərində bütün vətəndaşlarımızın üzünə açıq olacaq. Sərgidə iştirak ödənişsizdir.

Paylaş:
380

Son xəbərlər

“28 May” metrostansiyasında sərnişin qatarın yoluna düşübBu gün, 13:43Şəkidə üç yaşlı uşağı it dişləyib01 / 06 / 2024, 18:04Azərbaycana 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb01 / 06 / 2024, 17:56Tovuzda çaydan kişi meyiti tapılıb01 / 06 / 2024, 17:31Cəlilabad sakini suda boğulub - YENİLƏNİB01 / 06 / 2024, 17:10Hövsanda bank kartlarını talayan şəxs saxlanılıb01 / 06 / 2024, 16:47Hərbi attaşelərin “N” hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub01 / 06 / 2024, 16:26Rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ01 / 06 / 2024, 16:09Şimşək çaxıb, leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA01 / 06 / 2024, 15:59Ötən gün itkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılıb01 / 06 / 2024, 15:20Xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb01 / 06 / 2024, 15:07Suraxanıda mənzildə meyit tapılıb01 / 06 / 2024, 14:53Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA01 / 06 / 2024, 14:37FHN əməliyyat görüntüsü yayıb - VİDEO01 / 06 / 2024, 14:20Azercell Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başladı01 / 06 / 2024, 13:59Bakıda ağır qəza olub, üç nəfər ölüb01 / 06 / 2024, 13:55Myanma Prezidenti İlham Əliyevi təbrik edib01 / 06 / 2024, 13:34İyunun 2-də hava şəraitinin necə keçəcəyi gözlənilir?01 / 06 / 2024, 13:16Uruqvay Prezidenti dövlət başçısına təbrik məktubu göndərib01 / 06 / 2024, 13:03Vyetnam Prezidenti İlham Əliyevi təbrik edib01 / 06 / 2024, 12:39
Bütün xəbərlər