Baş Prokurorluq KİV-də yayılan məlumatları təkzib etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq KİV-də yayılan məlumatları təkzib etdi

Qafar Ağayev16:01 - 16 / 04 / 2021
Baş Prokurorluq KİV-də yayılan məlumatları təkzib etdi

Bəzi kütləvi informasiya vasitələrində vətəndaş Kamal Kamilovun Binəqədi rayon Polis İdarəsinin sabiq müstəntiqi Tural Aslanova rüşvət verməsi barədə müraciətinin prokurorluq orqanları tərəfindən araşdırılmaması barədə məlumatlar yayılmışdır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən 1news.az-a bu məlumat təkzib olunmaqla bildirilir ki, Kamal Kamilovun qeyd edilən müraciəti üzrə Bakı şəhəri, Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılmış və müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapmadığından 04 iyul 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar barədə Kamal Kamilov məlumatlandırılmaqla ona qərardan şikayət vermək hüquqları izah edilmişdir.

Bununla yanaşı bildirilir ki, Kamil Kamilovun oğlu İsmət Kamilovun təqsirləndirildiyi cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və məhkəmə tərəfindən ittiham hökmü çıxarılmışdır.

Paylaş:
546

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər