Qarabağın turizm potensialı - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağın turizm potensialı - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO

S.Xankişiyeva17:41 - 16 / 04 / 2021
Qarabağın turizm potensialı - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO

İşğaldan azad edilmiş ərazilərin təhlükəsizliyi təmin olunduqdan və əsas magistral yollar çəkildikdən sonra Qarabağa böyük yerli turist axınının olacağı gözlənilir.

Ölkə sakinlərindən başqa xaricdə yaşayan həmvətənlərimiz də bu siyahıya əlavə edilərsə, yaxın illərdə Qarabağ regionu Azərbaycan turizmində öz birinciliyi ilə seçiləcək.

Ekspertlərin fikrincə, Şuşa şəhəri Azərbaycan turizminin simvol şəhərlərindən biri olacaq. Yaxın illərdə yerli turistlərlə bərabər ölkəmizə səfər edən xarici turistlərin böyük bir qismi həvəslə Qarabağ turuna qoşulacaq. Təkcə Şuşadakı “Çətir” şəlalələri hamını bu gözəl məkana getməyə sövq edəcək. Bizi eyni zamanda qış turizmi istiqamətində də yeni marşrut gözləyir. Kəlbəcər rayonu qış turizmi üçün ideal məkan olacaq.

Qarabağda turizmlə bağlı bir çox layihələrin icrasısı da mümkün olacaq. Qubadlıda Həkəri, Bərgüşad çayı boyunca bir sıra gözəl istirahət mərkəzləri tikilə bilər. Yaxın zamanlarda Kəlbəcərdə - İstisuda da 5 ulduzlu hotellərin, sanatoriyaların tikilməsi mümkündür. İşğaldan azad olunmuş bütün şəhər və rayonlarda turizm infrastrukturu bir-birinə bağlı olaraq qurulacaq...

1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Qarabağın turizm potensialı” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Azərbaycan Turizm və Menecment Universitetinin dekanı Bahadur Bilalov, ATMU-nun baş müəllimi Aynur Hüseynzadə, ATMU-nun müəllimi Güllü Əsgərova və ATMU-nun magistrantı Nəzrin Əliyeva mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
694

Son xəbərlər

Bütün xəbərlər