Ötən gün yol qəzalarında 2 nəfər ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

Qafar Ağayev12:05 - 16 / 04 / 2021
Ötən gün yol qəzalarında 2 nəfər ölüb

Daxili İşlər Nazirliyi (DİN) aprelin 15-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 24 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Gün ərzində narkotiklə əlaqəli 18 fakt, silah-sursatla bağlı 3 fakt müəyyənləşdirilib, cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Ötən gün ölkə ərazisində 2 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Paylaş:
483

Son xəbərlər

Bütün xəbərlər