Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” layihəsi çərçivəsində yeni romanslar təqdim edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” layihəsi çərçivəsində yeni romanslar təqdim edib - FOTO

S.Xankişiyeva17:38 - 17 / 04 / 2021
Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” layihəsi çərçivəsində yeni romanslar təqdim edib - FOTO

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” adlı layihəsi çərçivəsində ədəbi-bədii musiqili kompozisiya hazırlayıb.

Sarayın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, layihədə gənc bəstəkar Saleh Nəzərovun Nizami Gəncəvinin sözlərinə bəstələdiyi romanslar təqdim olunub.

Yeni romansları yaratmaqda məqsəd müasir istedadlı gənclərin bu layihəyə cəlb olunmasıdır. Romanslar Heydər Əliyev Sarayının nəzdində yaradılan “Perfect Troupe” gənc vokalçılar tərəfindən ifa edilib.

Paylaş:
439

Son xəbərlər

Bütün xəbərlər