Qənimətlər parkına ziyarətçi axını - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qənimətlər parkına ziyarətçi axını - VİDEO

17:46 - 21 / 04 / 2021
Qənimətlər parkına ziyarətçi axını - VİDEO

Artıq 6 gündür ki, Azərbaycanın Qarabağ Müharibəsindəki qalibiyyətini özündə təcəssüm etdirən Hərbi Qənimətlər Parkı vətəndaşlara açıq elan edilib. Bu münasibətlə paytaxt sakinləri məkana axın edir. Onların parka ziyarəti pandemiyaya qarşı profilaktik tədbirlərə uyğun olaraq tənzimləndiyi üçün növbəylə buraxılır.

1news.az bildirir ki, obyekti ziyarət edənlər təəssüratlarını REAL TV ilə bölüşüb.

Məkana üz tutan ziyarətçilər sırasında qayda-qanunları pozanlar da var. Məsələn...

Qeyd edək ki, Hərbi Qənimətlər Parkındakı eksponatların arasında Azərbaycan Ordusunun azad olunan ərazilərdə qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanları, müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, Azərbaycan ərazisinə atılmış "İsgəndər-M" raketinin qalıqları var. Eyni zamanda ərazidə İkinci Qarabağ Müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

Təqdim edilən eksponatlar arasında 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, müharibənin gedişatı barədə məlumatlar var.

Onu da bildirək ki, məkana giriş iki manat, şəhid ailələri, qazilər və onların ailələri, 6 yaşa qədər olan uşaqlar üçün isə pulsuzdur.

1news.az

Paylaş:
312

Son xəbərlər

Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00
Bütün xəbərlər