Ermənilər Suqovuşan ərazisində daha çox plastik mina basdırıb - ANAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilər Suqovuşan ərazisində daha çox plastik mina basdırıb - ANAMA

S.Xankişiyeva12:00 - 22 / 04 / 2021
Ermənilər Suqovuşan ərazisində daha çox plastik mina basdırıb - ANAMA

Ermənilər Suqovuşana gedən yolda daha çox plastik minalar basdırıblar, onların isə dağıdıcı gücü daha yüksəkdir.

Trend-in Qarabağ bürosunun məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Şahin Allahverdiyev deyib.

Onun sözlərinə görə, bu növ minaları aşkar etmək çətindir və partlayış zamanı daha çox zərbə dalğasına malikdir:

“Ərazidən təqribən 2500-dən çox piyada və tank əleyhinə minalar aşkarlanıb və bunların əksəriyyəti plastik minalardır. Düşmən qəsdən bu növ minaları əraziyə basdırıb”.

Ş.Allahverdiyev əlavə edib ki, bu ərazilərdən digər tələlər də aşkarlanıb:

“240 mm minaatan mərmilərinə bağlanmış xüsusi tellər var ki, onlar kənardan idarə olunur və partladılır. Bu tipli tələlər də ərazidə aşkar edilərək zərərsizləşdirilib”.

Paylaş:
384

Son xəbərlər

Bütün xəbərlər