“Aztelekom”a yeni təyinat olub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Aztelekom”a yeni təyinat olub

12:20 - 22 / 04 / 2021
“Aztelekom”a yeni təyinat olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Aztelekom MMC-nin baş direktoru Suat Paşayev vəzifəsindən azad edilib.

1news.az xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev əmr imzalayıb. Əmrə əsasən, S.Paşayev bu həftədən vəzifəsinin icrasını dayandırıb.

Xatırladaq ki, S.Paşayev bir müddət öncə koronavirusa yoluxub və hazırda müalicəsini evdə davam etdirir.

Bu arada, nazirin digər əmri ilə Samir Məmmədov "Aztelekom" MMC-nin baş direktoru vəzifələrini müvəqqəti icra edən təyin olunub.

1news.az

Paylaş:
514

Son xəbərlər

Bütün xəbərlər