Bu tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb

Qafar Ağayev16:28 - 23 / 04 / 2021
Bu tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb.

1news.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavələrin ödənilməsinin müddəti 2021-ci il martın 31-dən iyunun 1-dək uzadılıb.

Paylaş:
546

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər