Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı onlayn sorğu başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı onlayn sorğu başa çatıb

14:06 - 26 / 04 / 2021
Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı onlayn sorğu başa çatıb

İşğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədilə keçirilən birinci sosioloji tədqiqat-onlayn sorğunun fəaliyyəti aprelin 25-i saat 20:00-da dayandırılıb.

ADA Universitetindən verilən xəbərə görə, sorğuda 65 min nəfər iştirak edib, sorğu səhifəsinə baxış sayı isə 400 mini ötüb.

İlkin məlumatlara əsasən, iştirakçıların 54%-i kişi, 46%-i qadındır.

Sorğuda iştirak edənlərin 45%-ni 40 yaşa qədər olan ölkə vətəndaşları təşkil edir.

Hazırda onlayn sorğunun nəticələri emal mərhələsindədir. Bu mərhələ yekunlaşdıqdan sonra Tədqiqat Qrupu əldə edilən məlumatların təhlilinə başlayacaq və nəticəni müvafiq dövlət qurumuna təqdim edəcək.

1news.az

Paylaş:
258

Son xəbərlər

Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00
Bütün xəbərlər