Azərbaycanda koronavirusa ən çox yoluxma olan sahələr açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirusa ən çox yoluxma olan sahələr açıqlanıb

13:47 - 28 / 04 / 2021
Azərbaycanda koronavirusa ən çox yoluxma olan sahələr açıqlanıb

“COVID-19-la bağlı yuxarı risk qrupuna səhiyyə işçiləri daxildir”.

1news.az-ın məlumatına görə, bunu Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn tədbirdə TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, orta risk qrupuna ictimai nəqliyyatda işləyən insanlar daxildir: “Aşağı risk qrupuna isə ofis şəraitində işləyən, insanlarla çox təmasda olmayan peşələrdə çalışanlar daxildir”.

Y.Qarayeva qeyd edib ki, iş yerlərində qaydalar və prosedurlar iş sahəsindən asılı olaraq yenidən işlənilməli və beynəlxalq qaydalara adaptasiya edilməlidir: “Bəzi yerlərdə məcburi olaraq əlcəklər taxılır. Əlcəkdən düzgün istifadə olunmadıqda isə xəstəlikdən qorumur. Əlcəkdənsə əllərin tez-tez dezinfeksiyası bizi xəstəlikdən daha yaxşı qoruyar”.

Departament müdiri müəssisə rəhbərlərinə müraciət edib. O qeyd edib ki, hər zaman vaksinasiya nəticəsində insanlar ölümcül xəstəliklərdən azad olub: “Statistikaya əsasən 2021-ci il üzrə Azərbaycanda koronavirusa ən çox yoluxanlar səhiyyə işçiləri olub. İkinci yerdə SOCAR, sonra təhsil və Xəzər Dəniz Gəmiçiliyinin işçiləri arasında daha çox yoluxmalar qeydə alınıb”.

1news.az

Paylaş:
202

Son xəbərlər

Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00
Bütün xəbərlər