Nazir Azad Rəhimovun vəziyyəti ağırlaşdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir Azad Rəhimovun vəziyyəti ağırlaşdı

14:02 - 28 / 04 / 2021
Nazir Azad Rəhimovun vəziyyəti ağırlaşdı

ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb.

1news.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

O bildirib ki, nazirin vəfat etdiyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Lakin hazırda A. Rəhimovun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunur. Nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanıb. O, 8 aydır ki, səlahiyyətlərini yerinə yetirə bilmir.

1news.az

Paylaş:
253

Son xəbərlər

Bütün xəbərlər