Bakının mərkəzində yerləşən memarlıq binasının üstünə mansard şəklində “toyuq hini” artırılıb – FOTOFAKT | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzində yerləşən memarlıq binasının üstünə mansard şəklində “toyuq hini” artırılıb – FOTOFAKT

S.Xankişiyeva18:41 - 29 / 04 / 2021
Bakının mərkəzində yerləşən memarlıq binasının üstünə mansard şəklində “toyuq hini” artırılıb – FOTOFAKT

Bakının düz mərkəzindəki 28 May küçəsində yerləşən, 1908-ci ildə inşa edilmiş memarlıq binası (“Nizami” kinoteatrının yanında, kinoteatrın arxasında yeləşən bağla üzbəüz) gözlənilmədən özbaşına artırmanın qurbanına çevrilib.

Bu barədə 1news.az-a Bakı haqqında bir sıra kitabların müəllifi, memar, sənətşünaslıq elmləri doktoru Elçin Əliyev bildirib. Onun sözlərinə görə, azərbaycanlı milyonçu Nağıyevin sifarişi ilə tikilmiş bu ev memarlıq abidəsi hesab olunur. “Dövlət orqanları tərəfindən mühafizə olunan tarixi, mədəni və memarlıq obyektlərinin Siyahısı”nın 127-ci səhifəsindəki 2892 nömrəli qeyd də bunu sübut edir.

“Bu ev, ona özünəməxsusluq bəxş edən unikal memarlıq elementləri və detalları ilə fərqlənir. Bina çox möhtəşəm fasada, əyri ön qapıya və daş üzərində gözəl işləmələrə malikdir. “L'Art Nouveau” stilində ucaldılmış bu modern bina Bakının təkcə bu hissəsinin deyil, bütün şəhərin bəzəyidir. Faktiki olaraq, birinci dəfədir ki, bu cür parlaq tikiliyə həyasızcasına mansard əlavə edildiyinin şahidi oluruq!

Bu çox aqressiv tendensiyadır. Məsələ təkcə memarlıq abidəsinin üzərinə toyuq hini tipli mansardın artırılmasında deyil. Məsələ həm də bu tendensiyanın davam etdirilə bilməsindədir. Başqaları da binanın üzərində mansardlar ucalda bilərlər, çünki əgər birinə icazə verilibsə, başqasına da icazə verilə bilər. Nəticədə, tezliklə bu cür möhtəşəm binanın üzərində eybəcər mansardlar olacaq. Bakının memarlıq gözəlliyinə laqeyd olmayan bizim kimi şəxslər buna sadəcə imkan verə bilmərik!”, - deyə Elçin Əliyev vurğulayıb.

Memar qeyd edib ki, memarlıq abidəsinin bu cür təhqir edilməsi ölkə başçısının Azərbaycanın memarlıq irsinin qorunub saxlanması və mühafizə edilməsi ilə bağlı siyasətinə ziddir.

“Son illər ərzində görürük ki, paytaxtımızın gözəlliyinə görə səmimi narahatlıq keçirən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində tarixi abidələr və memarlıq binaları restavrasiya olunur və bərpa edilir. Bakının mərkəzində, Azərbaycan və Bülbül prospektləri arasında yerləşən “Qış bulvarı” ərazisindəki tarixi binaların genişmiqyaslı yenidənqurması nəticəsində çoxsaylı bina yeni görkəm aldı. Bu cür miqyaslı dəyişikliklər fonunda belə bir gözəl binanın üzərində “toyuq hini” görmək aşkar uyğunsuzluq yaradır.

Əminəm ki, Bakı şəhər İcra Hakimiyyəti və şəxsən icra başçısı Eldar Əzizov, son vaxtlarda dəfələrlə olduğu kimi, bu dəfə də problemin operativ surətdə həll edilməsi ilə məşğul olacaqlar”, - E.Əliyev vurğulayıb.

Qeyd edək ki, son illərdə Azərbaycanın memarlıq irsinin qorunması mövzusu ölkə başçısının diqqət mərkəzindədir. Bakı şəhərinin memarlıq irsini məhv etməyə və ya korlamağa yönəlmiş cəhdlərə operativ surətdə reaksiya verildiyinin şahidi oluruq. Məsələn, bu yaxınlarda Akademik Zərifə Əliyeva və Məmməd Əmin Rəsulzadə küçələrinin kəsişməsində yerləşən məşhur “Tağıyev passajı”nın fasadı qara rəngdən, həmçinin Akademik Əbdül Kərim Əlizadə küçəsində yerləşən memarlıq binasının fasadı borulardan təmizlənib. Lakin bu cür cəhdlərə hələ rast gəlinir və memarlıq abidəsinin üzərinə artırılmış eybəcər mansard da bunun əyani sübutudur.

Memarlıq abidələrinə, Bakının memarlıq tarixinə qarşı bu cür münasibət yolverilməzdir. Bu səbəbdən “1news.az” saytı bu bina ilə bağlı müraciət hazırlayaraq, Bakı Şəhər İcra Hakimiyyətinə, Azәrbaycan Respublikasının Dövlәt Şәhәrsalma vә Arxitektura Komitәsinə, həmçinin digər dövlət qurumlarına yönəldib.

Hadisələrin gedişatını nəzarətdə saxlayacağıq.

Paylaş:
4487

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirirBu gün, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11
Bütün xəbərlər