Ötən gün qeydə alınan cinayətlərin statistikası açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün qeydə alınan cinayətlərin statistikası açıqlandı

Qafar Ağayev11:20 - 29 / 04 / 2021
Ötən gün qeydə alınan cinayətlərin statistikası açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) aprelin 28-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 41 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Paylaş:
451

Son xəbərlər

Bütün xəbərlər