DİM-də növbəti “GRE: General Test” imtahanı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM-də növbəti “GRE: General Test” imtahanı keçirilib

Qafar Ağayev14:35 - 03 / 05 / 2021
DİM-də növbəti “GRE: General Test” imtahanı keçirilib

Mayın 3-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında növbəti “GRE: General Test” imtahanı keçirilib. Koronavirusla əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarəti yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

DİM-dən 1news.az-a bildirilib ki, imtahanda 1 nəfər iştirak edib. İmtahanın nəticəsini ETS-in saytında 10-15 gün sonra onlayn öyrənmək olar.

Növbəti “GRE:General Test” imtahanının iyun 4-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı DİM-in saytında müvafiq linkdən əldə etmək mümkündür.

Paylaş:
539

Son xəbərlər

Bütün xəbərlər