Gömrükçülər 244 kiloqramdan çox heroinin ölkəyə keçirilməsinin qarşısını aldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gömrükçülər 244 kiloqramdan çox heroinin ölkəyə keçirilməsinin qarşısını aldı - FOTO

Qafar Ağayev15:08 - 03 / 05 / 2021
Gömrükçülər 244 kiloqramdan çox heroinin ölkəyə keçirilməsinin qarşısını aldı - FOTO

Gömrük əməkdaşları yük avtomobilində 244 kiloqramdan çox heroin aşkar edib.

Bu barədə 1news.az-a Dövlət Gömrük Komitəsindən bildiriblər.

Qeyd olunub ki, gömrükçülərin həyata keçirdiyi daha bir əməliyyat uğurla nəticələnib. Belə ki, 244 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana "Bitum membranı" yükü aparan "DAF" markalı, "WE261EW/UU260V" dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və gömrük nəzarətinə cəlb edilib.

Sürücü idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirib. Lakin avtomobil yoxlanılarkən kinoloji xidməti it yük maşınının qoşqusunun ətraflarına reaksiya verib. Sonra avtomobil stasionar rentgen qurğusundan keçirilib. Rentgen qurğusunda isə şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitəsinin yükü boşaldılaraq əsaslı şəkildə yoxlama aparılıb.

Təkrar yoxlama zamanı avtomobilin qoşqusunun altında kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən 480 ədəd bağlama, həmin bağlamalarda isə qablaşdırılma ilə birgə çəkisi 244 kq 344 qramolan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, son iki həftə ərzində gömrükçülərin həyata keçirdiyi əməliyyatlar nəticəsində 5 fakt üzrə 730 kq 788 qramçəkidə narkotik vasitələrin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.

Paylaş:
476

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər