Jurnalistlərə vaksinin ikinci dozası nə zaman vurulacaq? - AÇIQLANDI | 1news.az | Xəbərlər
Cəmiyyət

Jurnalistlərə vaksinin ikinci dozası nə zaman vurulacaq? - AÇIQLANDI

Qafar Ağayev15:47 - 04 / 05 / 2021
Jurnalistlərə vaksinin ikinci dozası nə zaman vurulacaq? - AÇIQLANDI

May ayının 6-dan Azərbaycan Mətbuat Şurasında “COVID-19” əleyhinə vaksinasinin birinci dozasının tətbiq edildiyi jurnalistlərə vaksinin ikinci dozasının tətbiqinə başlanılacaq.

Mətbuat Şurasından 1news.az-a verilən məlumata görə, aprelin 9-da vaksinasiyadan keçmiş media təmsilçiləri üçün ikinci doza may ayının 6-da, aprelin 12-si və 13-ü tarixlərində birinci doza tətbiq edilmiş jurnalistlərə mayın 16-da ikinci doza tətbiq ediləcək.

Aprelin 26-da vaksinin birinci dozası tətbiq edilən jurnalistlərlə bağlı isə əlavə məlumat veriləcək.

Qeyd edək ki, vaksinasiya Mətbuat Şurasının binasında aparılacaq.

Paylaş:
1859

Son xəbərlər

Bütün xəbərlər