Azərbaycana qar yağıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana qar yağıb

S.Xankişiyeva11:18 - 05 / 05 / 2021
Azərbaycana qar yağıb

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, mayın 5-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisidə hava şəraiti kəskin dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub.

Şimal-qərb küləyi əsib, bəzi yerlərdə arabir güclənib. Yağan güclü yağışlar nəticəsində əksər çaylarda sululuq artıb, Əsrik, Əsrikçay Cırdaxan, Kürəkçay, Gəncəçay Alaxançallıdan qısamüddətli sel və daşqın keçib. Şahdağ və Xınalıqda qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 5, Xınalıqda 3 sm olub.

Düşən yağıntının miqdarı Yuxarı Qarabağ: 5-16 mm, Daşkəsəndə 24 mm, Qazax-Gəncə: 3-14 mm, Naftalanda 21 mm, Böyük Qafqaz: 2-16 mm, bəzi yerlərdə 25-40 mm, Mərkəzi Aran: 2-6 mm, Tərtərdə 21 mm (aylıq normanın 41 faizi), Mingəçevirdə 17 mm (aylıq normanın 37 faizi), Lənkəran-Astara zonasında 2 mm, Naxçıvan MR-da 1-9 mm olub.

Şimal-qərb küləyi əsib, arabir Neftçalada 28 m/s, Biləsuvarda 20 m/s, Naftalanda 18 m/s, Abşeron yarımadasında: Bakı, Maştağa, Qum adasında 28 m/s, Pirallahıda 25 m/s, Sumqayıtda 24 m/s, Çilov adası, Neft Daşlarında 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.

Paylaş:
228

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər